Bank Of Baku

“Su ehtiyatlarından səmərəli istifadə və onların tullantılardan mühafizəsi” mövzusunda dəyirmi masa keçirilib

“Su ehtiyatlarından səmərəli istifadə və onların tullantılardan mühafizəsi” mövzusunda dəyirmi masa keçirilib
# 31 iyul 2012 16:07 (UTC +04:00)
Bakı. Sevil Zeynalqızı – APA. Ekologiya və Təbii Sərvətlər Nazirliyində “Su ehtiyatlarından səmərəli istifadə və onların tullantılardan mühafizəsi” mövzusunda dəyirmi masa keçirilib. APA-nın nazirliyin saytına istinadən verdiyi məlumata görə, tədbirdə Ekologiya və Təbii Sərvətlər və Fövqəladə Hallar Nazirliklərinin, Dövlət Neft Şirkətinin, “Azərsu” ASC-nin, Azərbaycan Meliorasiya və Su Təsərrüfatı ASC-nin, eləcə də qeyri-hökumət təşkilatlarının nümayəndələri iştirak edib.

Dəyirmi masada son illər su ehtiyatlarından səmərəli istifadə, əhalinin içməli su ilə təminatı, tullantı və lay sularının idarə olunması, su ehtiyatlarının tullantılardan mühafizəsi istiqamətində görülmüş işlər barədə müzakirələr aparılıb. Azərbaycanın su ehtiyatlarının məhdud olması və onun əsas hissəsinin ölkə hüdudlarından kənarda formalaşdığını nəzərə alaraq, su ehtiyatlarından səmərəli istifadə və tullantılardan mühafizəsinin zəruriliyi qeyd olunub.

Tədbirdə bildirilib ki, ölkədə ekoloji problem kimi aktual olan təsərrüfat-məişət tullantı və lay sularının idarə olunması, yaşayış məntəqələrinin kanalizasiya şəbəkəsi ilə tam təmin olunması, çirkab sutəmizləyici qurğuların quraşdırılması, su ehtiyatlarından səmərəli istifadə sahəsində çatışmazlıqlar mövcuddur. Problemlərin həlli üçün qarşılıqlı əməkdaşlığın gücləndirilməsi, dövlət orqanları ilə yanaşı, qeyri-hökumət təşkilatlarının və ictimaiyyətin bu sahədə aktiv rolunun, əhali arasında maarifləndirmə işlərinin aparılması vacib sayılıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR