Bank Of Baku

Cənubi Koreyanın gənclərdən ibarət nümayəndə heyəti Azərbaycanda səfərdədir

Cənubi Koreyanın gənclərdən ibarət nümayəndə heyəti Azərbaycanda səfərdədir
# 01 avqust 2012 09:11 (UTC +04:00)
Bakı-APA. Azərbaycan və Cənubi Koreya Respublikaları arasında imzalanan beynəlxalq gənclər mübadilə proqramı çərçivəsində Cənubi Koreyanın gənclərdən ibarət nümayəndə heyəti ölkədə səfərdədir. APA-nın məlumatına görə, “İRƏLİ” Gənclik Mərkəzinin qonağı olan Cənubi Koreyalı gənclər “İRƏLİ” İctimai Birliyinin sədri Rauf Mərdiyev, birliyin baş katibi Nərmin Məmmədova, İdarə heyətinin üzvləri ilə görüşüblər. Görüşdə hər iki ölkənin gənclər siyasəti ilə bağlı müzakirələr aparılıb, “İRƏLİ”nin fəaliyyəti haqda geniş məlumat verilib və gələcəkdə birgə əməkdaşlıq çərçivəsində görüləcək layihələrdən danışılıb. Sonda qonaqlara “İRƏLİ” İctimai Birliyinin fəaliyyətini əks etdirən hədiyyələr təqdim edilib və xatirə şəkli çəkilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR