Bank Of Baku

Bakıda Türkiyənin tanınmış təsəvvüf araşdırmaçısı Camalnur Sargutun iştirakı ilə tədbir keçirilib - FOTO

Bakıda Türkiyənin tanınmış təsəvvüf araşdırmaçısı Camalnur Sargutun iştirakı ilə tədbir keçirilib - <font color=red>FOTO</font>
# 01 avqust 2012 14:31 (UTC +04:00)
Bakı – APA. Millət vəkili Qənirə Paşayevanın dəvəti əsasında Bakıda səfərdə olan Türkiyənin görkəmli təsəvvüf araşdırmaçısı, yazar Camalnur Sargutun iştirakı ilə tədbir keçirilib. APA-nın xəbərinə görə, iştirakçıları salamlayan Q. Paşayeva hər kəsi Ramazan ayı münasibətilə təbrik edərək xoş arzularını çatdırıb.

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Elşad İsgəndərov Azərbaycanın milli-mənəvi dəyərlərə hörmət edən dünyəvi dövlət olduğunu deyib və İslam dininin mahiyyətinin düzgün şəkildə çatdırılmasının yalnız din xadimlərinin və ayrı-ayrı dini icmaların nümayəndələrinin deyil, cəmiyyətin bütün təbəqələrindən olan nümayəndələrin vəzifəsi olduğunu bildirib.

Türkiyənin Azərbaycandakı səfirliyinin dini müşaviri Sadıq Ərarslan ortaq mədəniyyətə, dinə və tarixə malik bir millət, iki dövlət olan Azərbaycan və Türkiyədə bu cür tədbirlərin keçirilməsinin əhəmiyyətini vurğulayıb.

C. Sargut isə özünü vətənində hiss etdiyini və Azərbaycanda ona göstərilən qonaqpərvərliyə görə minnətdarlığını ifadə edib. Mədəniyyətlərarası dialoqun qurulması üçün müxtəlif din nümayəndələrinə İslamın mahiyyətinin düzgün şəkildə anladılmasının vacibliyini qeyd edən C. Sargut bu məqsədlə dünyanın müxtəlif ölkələrində görüşlər keçirdiyini bildirib.

Daha sonra C. Sargut tədbir iştirakçılarını maraqlandıran sualları cavablandırıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR