Bank Of Baku

Azərbaycanın prokurorluq orqanlarına işə qəbulla əlaqədar sənəd qəbulu davam edir

Azərbaycanın prokurorluq orqanlarına işə qəbulla əlaqədar  sənəd qəbulu davam edir
# 01 avqust 2012 16:35 (UTC +04:00)
Bakı-APA. Azərbaycan prezidentinin 2001-ci il 19 iyul tarixli Fərmanı ilə təsdiq edilmiş “Prokurorluğa işə qəbul olunmaq üçün namizədlərlə müsabiqə keçirilməsi qaydaları haqqında” Əsasnaməyə uyğun olaraq Respublika Baş Prokurorluğu tərəfindən 2012-ci il iyunun 5-də vakant olan 100 ştat vahidi üzrə elan olunmuş müsabiqə ilə əlaqədar sənədlərin qəbulu avqustun 31-dək davam etdiriləcək. Baş Prokurorluğun mətbuat xidmətindən APA-ya verilən məlumata görə, sənədlərin qəbulu başa çatdırıldıqdan sonra test imtahanının vaxtı, yeri və digər məsələlər barədə kütləvi informasiya vasitələri ilə, həmçinin Baş Prokurorluğun internet səhifəsində və Qəbul otağında yerləşdirilmiş lövhədə əlavə məlumat veriləcək.

Test suallarının hazırlanmasında Azərbaycan Respublikasının Konstitusiyasından, Cinayət, Cinayət-Prosessual, Mülki, Mülki-Prosessual və Əmək məcəllələrindən, həmçinin “Prokurorluq haqqında”, “Prokurorluq orqanlarında qulluq keçmə haqqında”, “Konstitusiya məhkəməsi haqqında”, “Məhkəmələr və hakimlər haqqında”, “Polis haqqında”, “Vəkillər və vəkillik fəaliyyəti haqqında”, “Korrupsiyaya qarşı mübarizə haqqında”, “Əməliyyat-axtarış fəaliyyəti haqqında”, “Həbs yerlərində saxlanılan şəxslərin hüquq və azadlıqlarının təmin edilməsi haqqında”, “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında”, “Cinayət törətmiş şəxslərin verilməsi (ekstradisiya) haqqında”, “Vətəndaşların müraciətlərinə baxılması qaydası haqqında” qanunlardan, eləcə də “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasından istifadə olunub.

Prokurorluq orqanlarında işləmək arzusunda olan hər bir gənc hüquqşünas Baş Prokurorluğa müraciət edərək tələb olunan sənədləri təqdim etməklə müsabiqədə iştirak edə bilər. Qulluğa qəbulla bağlı məsələlərlə əlaqədar prokurorluğun internet səhifəsindən (www.genprosecutor.gov.az, www.prokurorluq.gov.az) və 437-28-56, 492-62-23, 492-74-32, 492-39-95 nömrəli telefonlar vasitəsi ilə zəruri məlumatları əldə etmək olar.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR