Bank Of Baku

"İRƏLİ" “XXI əsrin liderləri” beynəlxalq yay düşərgəsində iştirak edəcək

"İRƏLİ" “XXI əsrin liderləri” beynəlxalq yay düşərgəsində iştirak edəcək
# 03 avqust 2012 07:51 (UTC +04:00)
Bakı-APA. Gələn həftə Rusiyanın Rostov şəhərində Rusiya Gənclər İttifaqı tərəfindən hər il təşkil olunan “XXI əsrin liderləri” yay düşərgəsi keçiriləcək. Azərbaycanı tədbirdə "İRƏLİ" İctimai Birliyinin üzvlərindən ibarət 20 nəfərlik nümayəndə heyəti təmsil edir.

Düşərgənin əsas məqsədi müxtəlif ölkələrin gənc liderlərini bir arada toplayıb, gənclərlə bağlı müxtəlif mövzularda fikir mübadiləsi aparmaq və eyni zamanda yeni əməkdaşlıqların qurulmasıdır. Düşərgə müddətində gənclərə müxtəlif mövzularda seminar, təlim və praktiki çalışmalar keçiriləcək.

Qeyd edək ki, "İRƏLİ" İctimai Birliyi Azərbaycanın ən fəal təşkilatı olaraq müxtəlif beynəlxalq layihələr və düşərgələrdə yaxından iştirak edir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR