Bank Of Baku

DSMF tərəfindən pensiyaçılar və sığortaolunanlar üçün nəzərdə tutulan əsas xidmətlər elektronlaşdırılıb

DSMF tərəfindən pensiyaçılar və sığortaolunanlar üçün nəzərdə tutulan əsas xidmətlər elektronlaşdırılıb
# 03 avqust 2012 08:46 (UTC +04:00)
Bakı – APA-Economics. Azərbaycan Dövlət Sosial Müdafiə Fondunun internet saytında (www.sspf.gov.az, www.dsmf.gov.az) saytında keçirilən növbəti interaktiv sorğu yekunlaşıb.

Fondu İctimaiyyətlə əlaqələr sektorundan “APA-Economics”ə verilən məlumata görə, Sorğu zamanı respondentlərə “Dövlət Sosial Müdafiə Fondunun internet saytı vasitəsilə göstərilən elektron xidmətlərdən istifadə edirsinizmi” sualı ünvanlanıb. Sorğuda iştirak edənlərin çoxu - 57,27%-i suala “bəli”, 42,73%-i isə “xeyr” cavabını verib.

Sorğunun keçirilməsində başlıca məqsəd əhalinin Dövlət Sosial Müdafiə Fondu tərəfindən göstərilən elektron xidmətlər barədə nə dərəcədə məlumatlı olmasını öyrənmək və bu istiqamətdə təbliğat işlərini gücləndirməkdir.

Azərbaycan prezidentinin “Dövlət orqanlarının elektron xidmətlər göstərməsinin təşkili sahəsində bəzi tədbirlər haqqında” 23 may 2011-ci il tarixli Fərmanının icrası ilə əlaqədar olaraq görülən tədbirlər nəticəsində Dövlət Sosial Müdafiə Fondu tərəfindən pensiyaçılar və sığortaolunanlar üçün nəzərdə tutulan əsas xidmətlər elektronlaşdırılıb. Fondun rəsmi internet səhifəsində yaradılan elektron xidmətlər bölməsində aidiyyəti üzrə göstərilən xidmətlərin adı, bu xidmətlərin göstərilməsi üçün tələb olunan sənədlərin dəqiq siyahısı, müvafiq sənədlərin (ərizə, blank və digər) elektron forması yerləşdirilib, şəxslərin bu bölmədən maneəsiz, sərbəst istifadəsi təmin edilib. “Elektron xidmətlər” bölməsi interaktiv və informativ olmaqla 20-yə qədər xidməti əhatə edir. Göstərilən xidmətlər vətəndaşlara hesabatları elektron formada təqdim etmək, pensiya kalkulyatoru vasitəsilə pensiyasının məbləği barədə məlumat almaq, məcburi dövlət sosial sığorta haqlarını onlayn ödəmək, fərdi şəxsi hesablarında əks olunan pensiya kapitalı barədə məlumatları əldə etmək və s. bu kimi imkanlar yaradır.

Hazırda Fond tərəfindən elektron sənəd mübadiləsinin daha da təkmilləşdirilməsi, informasiya-kommunikasiya texnologiyalarının tətbiqi nəticəsində idarəetmənin səmərəliliyinin artırılması istiqamətində tədbirlər davam etdirilir. Xüsusilə pensiya təyinatı üzrə əməliyyatların vahid mərkəzdən aparılmasını həyata keçirəcək proqram təminatının hazırlanması və tətbiqi ilə bağlı tədbirlər görülür.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR