Bank Of Baku

Gənclər Fondundan qrant alan layihələrin icrasına başlanılır

Gənclər Fondundan qrant alan layihələrin icrasına başlanılır
# 06 avqust 2012 07:41 (UTC +04:00)
Bakı-APA. Gənclər Fondundan qrant alan layihələrin icrasına başlanılır. Bu barədə APA-ya Azərbaycan Gənclər Fondunun mətbuat katibi Aynur Həsənzadə bildirib. Məlumatda qeyd olunub ki, Gənclər Fondu ilk qrant müsabiqəsini 8 iyun 2012-ci il tarixində elan edib və layihələrin qəbulu 15 iyul 2012-ci il tarixində dayandırılıb. Fondun saytında qeydiyyatdan keçmiş 172 təşkilat və 83 fərdi şəxsdən, 15 iyul tarixinədək A kateqoriyası – yerli layihələr üzrə 127, B (beynəxalq layihələr) və C (yaradıcı gənclərə dəstək layihələr) kateqoriyaları üzrə hər birinə 19 layihə təqdim olunub. D kateqoriyası üzrə isə 12 müraciət gəlib. Sonuncu E kateqoriyası ilə çox sayda xarici vətəndaşlar və təşkilatlar maraqlanmış, lakin hələ rəsmi müraciət olmayıb. Fonda daxil olunan bütün layihələrə Fondun Müşahidə Şurası tərəfindən baxılıb və Şuranın qərarına əsasən A kateqoriyası üzrə 127 layihədən 104 layihə, B kateqoriyası üzrə 16 layihə, C kateqoriyası üzrə isə 9 layihə seçilib. Hal-hazırda qalib layihələrə ayrılan büdcələrin təmin olunması prosesi həyata keçirilir. Bu gündən etibarən qrant alan təşkilatlarla Fond arasında maliyyə dəstəyinin göstərilməsi haqqında müqavilələr imzalanmağa başlanılır. Müşahidə Şurasının qərarı ilə qrant alan təşkilatlar layihələrin icrasına başlayırlar. Müsabiqədə qalib olan layihələr olduqca maraqlı və gənclər üçün faydalı layihələrdir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR