Bank Of Baku

Tanınmış türkoloq alim Georg Xazai şəxsi kitabxanasında 300-dək kitabı Naxçıvan Dövlət Universitetinə hədiyyə edib

Tanınmış türkoloq alim Georg Xazai şəxsi kitabxanasında 300-dək kitabı Naxçıvan Dövlət Universitetinə hədiyyə edib
# 06 avqust 2012 11:39 (UTC +04:00)
Bu barədə APA-ya Azərbaycanın Macarıstandakı səfirliyindən məlumat verilib. Kitabları səfir Vilayət Quliyevə təqdim edən macar alimi özünün bu addımını son illərdə azərbaycanlı həmkarları ilə yaranmış sıx qarşılıqlı əməkdaşlığın nəticəsi kimi qiymətləndirib. Əksəriyyəti 1950-1980-ci illərdə Avropanın müxtəlif ölkələrində çap olunan kitablar müasir filologiya elminin, xüsusən də türkologiyanın aktual problemlərinə həsr edilib. Qeyd edək ki, bu, akademik Xazainin ölkələrimiz arasında elmi əməkdaşlığın inkişafına ilk töhfəsi deyil. Ötən il o, şəxsi kitabxanasında saxlanan 1000-ə qədər kitab, məcmuə, jurnal, habelə bir sıra əlyazmalarını təmənnasız olaraq Azərbaycan Milli Elmlər Akademiyasının Əsaslı kitabxanasına bağışlayıb.

Naxçıvan Dövlət Universitetinin rektoru akademik İsa Həbibbəyli birgə tədqiqatlar aparmaq, habelə tələbələr qarşısında türkologiya tarixinə və türk dillərinə dair mühazirələr oxumaq məqsədi ilə tanınmış macar alimini bu ilin payızında Naxçıvana dəvət edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR