Bank Of Baku

Azərbaycanda 250 nəfər riyaziyyat müəllimi işə qəbul olunub

Azərbaycanda 250 nəfər riyaziyyat müəllimi işə qəbul olunub
# 06 avqust 2012 15:52 (UTC +04:00)
Bakı. Sevil Zeynalqızı - APA. Azərbaycanda 2012-2013-cü tədris ili üzrə ümumi təhsil müəssisələri və peşə liseylərindəki vakant yerlərə müəllimlərin işə qəbulu 1-3 avqustda keçirilmiş riyaziyyat imtahanının nəticələri açıqlanıb. Təhsil Nazirliyindən APA-ya verilən məlumata görə, imtahanın nəticələrinə əsasən, 250 nəfər riyaziyyat müəllimi işə qəbul olunub.

Bu gün isə ingilis dili fənni üzrə imtahanlar başlayıb. Həmin imtahanlar avqustun 10-dək davam edəcək. İmtahanda 2731 nəfər namizəd 247 vakant yer üzrə biliklərini sınayacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR