Bank Of Baku

Artıq 3496 abituriyent öz ixtisas seçimini edib

Artıq 3496 abituriyent öz ixtisas seçimini edib
# 07 avqust 2012 15:36 (UTC +04:00)
Bakı. Sevil Zeynalqızı-APA. Bu gün saat 18.00-a olan məlumata görə, ali məktəblərə keçirilən qəbul imtahanlarında iştirak edərək müsabiqəyə buraxılan 3496 abituriyent öz ixtisas seçimini edib. Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) mətbuat xidmətindən APA-ya verilən məlumata görə, ixtisas seçənlərin 3002-si Azərbaycan, 494 nəfəri isə rus bölməsinin abituriyentləridir. İxtisas seçən abituriyentlər arasında III və I ixtisas qrupunun abituriyentləri daha çoxdur.

Qeyd edək ki, Azərbaycanda ali məktəblərə ixtisas seçimi bu gün başlayıb. Bütün qruplar üzrə ixtisas seçimi avqustun 16-dək internet vasitəsilə aparılacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR