Bank Of Baku

Baş nazirin müavini Əli Həsənov Dünya Bankının nümayəndəsi ilə görüşüb

Baş nazirin müavini Əli Həsənov Dünya Bankının nümayəndəsi ilə görüşüb
# 08 avqust 2012 10:01 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov-APA. Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov Dünya Bankının Cənubi Qafqaz üzrə yeni təyin olunmuş regional direktoru Henri Kerali ilə görüşüb. Bu barədə APA-ya Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsindən məlumat verilib.

Komitə sədri Dağlıq Qarabağ münaqişəsinin tarixindən, ölkəmizdə qaçqın və məcburi köçkünlərin sosial problemlərinin həlli istiqamətində görülən işlərdən danışıb. Azərbaycanın Dünya Bankı ilə əməkdaşlıq etdiyi müddətdə kifayət qədər yaxşı təcrübənin toplandığını, Dünya Bankı ilə bir neçə uğurlu layihə həyata keçirildiyini diqqətə çatdırıb.

H. Kerali qaçqın və məcburi köçkünlərin həyat şəraitinin yaxşılaşdırılması istiqamətində Azərbaycan hökumətinin həyata keçirdiyi tədbirlərin bütün dünya üçün örnək olduğunu bildirib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR