Bank Of Baku

Azərbaycan əhalisi pərakəndə ticarət məsrəflərini 9% artırıb

Azərbaycan əhalisi pərakəndə ticarət məsrəflərini 9% artırıb
# 08 avqust 2012 11:09 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Bu ilin yanvar-iyul aylarında Azərbaycanın pərakəndə ticarət şəbəkəsindən əhaliyə 9,6 mlrd. manat məbləğində və ya 2011-ci ilin eyni dövrü ilə müqayisədə 9,3% çox istehlak malları satılıb.

Dövlət Statistika Komitəsindən «APA-Economics»ə verilən məlumata görə, istehlak mallarının 1,2 mlrd. manatı hüquqi şəxslərin, 4,5 mlrd. manatı hüquqi şəxs yaratmadan ticarət fəaliyyəti göstərən fərdi sahibkarların, 3,9 mlrd. manatlıq həcmi isə bazar və yarmarkalarda fəaliyyət göstərən fiziki şəxslərin şəbəkələrində realizə olunub.

Hesabat dövründə elektron ticarətin həcmi 775,5 min manat olub.

«Əhalinin pərakəndə ticarət şəbəkələrində xərclədikləri vəsaitin 5,4 mlrd. manatı ərzaq məhsullarının, 4,2 mlrd. manatı isə qeyri-ərzaq mallarının alınmasına sərf olunub», - deyə Komitədən bildirilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR