Bank Of Baku

Azərbaycanda dilçiliyin inkişafına dair Dövlət Proqramının son variantının ilkin müzakirəsi keçirilib

Azərbaycanda dilçiliyin inkişafına dair Dövlət Proqramının son variantının ilkin müzakirəsi keçirilib
# 08 avqust 2012 13:55 (UTC +04:00)
Bakı. Sevil Zeynalqızı-APA. Bu gün Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Rəyasət Heyətində “Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair Dövlət Proqramı”nın hazırlanması üzrə İşçi Qrupun yekun iclası keçirilib. AMEA-nın mətbuat xidmətindən APA-ya verilən məlumata görə, tədbirdə çıxış edən açan bölmənin akademik-katibi, AMEA-nın müxbir üzvü Kamal Abdullayev İşçi Qrupunun fəaliyyəti haqqında məlumat verib və iclasın dilçiliyin inkişafına dair dövlət proqramının son variantının ilkin müzakirəsinə həsr olunduğunu bildirib.

Dövlət Proqramında dilçiliyin inkişafı istiqamətində qarşıya qoyulan məsələlərə toxunan K.Abdullayev televiziyalarda bədii şuraların fəaliyyət göstərməsi, dilçilik institutu tərəfindən mütəmadi dil seminarlarının təşkil olunması, həmçinin monitorinq qrupunun yaradılması məsələlərindən danışıb. Onun sözlərinə görə, Azərbaycan dilinin lüğət tərkibinin və qrammatik normalarının sistemləşdirilməsi, ədəbi dil normalarının işlənib hazırlanması, dilçi alimlərin müasir informasiya-kommunikasiya texnologiyalarının imkanlarından geniş istifadə vacibdir.

İclasda dövlət proqramının mətni ilə bağlı irad, rəy və təkliflər səsləndirilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR