Bank Of Baku

Azərbaycanda 8149 abituriyent artıq ixtisas seçimi edib

Azərbaycanda 8149 abituriyent artıq ixtisas seçimi edib
# 08 avqust 2012 16:07 (UTC +04:00)
Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) mətbuat xidmətindən APA-ya verilən məlumata görə, bu gün saat 18.20-yə olan məlumata görə, ixtisas seçənlərin 7081-i Azərbaycan, 1068 nəfəri isə rus bölməsinin abituriyentləridir. İxtisas seçən abituriyentlər arasında III və I ixtisas qrupunun abituriyentləri daha çoxdur. I qrup üzrə 2929, II qrup üzrə 1434, III qrup üzrə 2938, IV qrup üzrə isə 848 abituriyent ixtisas seçimi edib.

Qeyd edək ki, Azərbaycanda ali məktəblərə ixtisas seçimi dünən başlayıb. Bütün qruplar üzrə ixtisas seçimi avqustun 16-dək internet vasitəsilə aparılacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR