Dağıstan Respublikası Xalq Təsərrüfat İnstitutu ilə “İRƏLİ” arasında əməkdaşlıq memorandumu imzalanıb - FOTO
09 avqust 2012 07:11 (UTC +04:00)
Bakı-APA. Avqustun 6-7-də Dağıstan və Azərbaycan gənclərinin iştirakı ilə “Dioqonal” forumu keçirilib. APA-nın məlumatına görə, Azərbaycanı təmsil edən nümayəndə heyətində Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasının (ARGTMŞ) rəhbəri Şahin Seyidzadə, “İRƏLİ” İctimai Birliyinin İdman Mərkəzinin rəhbəri Niyaz Əliyev, Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin nəzdində fəaliyyət göstərən Gənclər Fondunun Beynəlxalq Əlaqələr sektorunun rəhbəri Orxan Ərəbov, “Bakı Gənclər Klubu” İctimai Birliyinin rəhbəri Azər Dadaşov, “Vətəndaş Cəmiyyətində Debat” İctimai Birliyinin rəhbəri Seymur Hüseynov, “Gənclərin üçün Təhsil Mərkəzi”nin gənclərlə iş üzrə proqram meneceri Fəxrəddin Həsənzadə, Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının fəalı Tələt Qurbanbəyov təmsil olunub.
Səfər çərçivəsində ölkəmizi təmsil edən nümayəndə heyəti Dağıstanın Gənclərlə İş üzrə Komitəsinin sədri, Maxaçkala şəhərinin Milli Məclisinin rəhbəri və deputatları, Dağıstanın Gənclər Parlamentinin sədri və deputatları, Dağıstan Respublikası Xalq Təsərrüfat İnstitutunun rəhbərliyi və gənclər təşkilatlarının rəhbərləri ilə görüşüblər.
Görüşlər zamanı Azərbaycan və Dağıstan gəncləri arasında əməkdaşlıq perspektivləri və gələckdə birgə layihələrin təşkili imkanları müzakirə olunub.
Səfərin yekunu olaraq Azərbaycan və Dağıstanın gənclər təşkilatları arasında qarşılıqlı anlaşma haqqında memorandum imzalanıb.
Eyni zamanda Dağıstan Respublikası Xalq Təsərrüfat İnstitutu ilə “İRƏLİ” İctimai Birliyi arasında birgə əməkdaşlıq memorandumu imzalanıb. Memorandumda tərəflər arasında əməkdaşlıq, qonşuluq əlaqələrini inkişaf etdirəcək ortaq layihələrin icra edilməsi qeyd olunub.

Sosial
“Su hövzələrində təhlükəsizliyin təmin olunması” mövzusunda müşavirələr keçirilib
14:53
27 may 2024
Ceyhun Məmmədov: İnklüziv təhsillə bağlı prosesdə ləngimələr var
14:26
27 may 2024
Mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin vətəndaş qəbulu - CƏDVƏLİ
14:21
27 may 2024
İyunun 30-da dövlət qulluğuna qəbul üçün imtahan keçiriləcək
14:11
27 may 2024