Bank Of Baku

ASAIF-in həmtəsisçilərinin növbəti toplantısı keçirilib

ASAIF-in həmtəsisçilərinin növbəti toplantısı keçirilib
# 09 avqust 2012 11:38 (UTC +04:00)
Xaricdə Təhsil Alan və Məzun Olmuş Azərbaycanlı Gənclərin Beynəlxalq Forumu – ASAIF-in həmtəsisçilərinin növbəti toplantısı keçirilib. APA-nın məlumatına görə, iclasda hesabat-seçki konfransının təşkili məsələləri müzakirə edilib və Konfransın təşkilat komitəsi formalaşdırılıb. Orxan Səfərzadə Təşkilat Komitəsinin sədri, Aytən Əliyeva və Ayaz Salmanov isə TK0-nın üzvləri seçiliblər. Toplantıda təşkilatın sədrliyinə və mərkəzi nəzarət təftiş komissiyasına üzvlüyə namizədliklə bağlı ərizə forması gözdən keçirilərək təsdiqlənib.
Qeyd edək ki, namizədlərin qeydə alınması elan edildikdən sonra təşkilatın sədrinin, baş katibinin, idarə heyəti, mərkəzi nəzarət təftiş komissiyası və məclis üzvlərinin səlahiyyətləri dayandırılmış hesab edilir. Sədrliyə və mərkəzi nəzarət təftiş komissiyasına namizədlərin qeydə alınması elektron formada təşkilatın veb səhifəsi vasitəsi ilə həyata keçirilir.
Xatırladaq ki, avqustun 18-də XX ənənəvi Bakı forumu çərçivəsində ASAİF-in hesabat-seçki konfransı keçiriləcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR