Bank Of Baku

Gürcüstanın azərbaycanlı nazir müavini: “Tezliklə azərbaycanlı kadrlar digər dövlət strukturlarında da məsul vəzifələrə təyin olunacaq” - FOTO

Gürcüstanın azərbaycanlı nazir müavini: “Tezliklə azərbaycanlı kadrlar digər dövlət strukturlarında da məsul vəzifələrə təyin olunacaq” - <font color=red>FOTO</font>
# 09 avqust 2012 14:56 (UTC +04:00)
APA-nın Gürcüstan bürosunun məlumatına görə, tədbirdə H.Yusubov yeni təyinatla bağlı bir sıra məqamları jurnalistlərə açıqlayıb. Nazir müavini ilk öncə Kvemo-Kartli bölgə idarəsinin rəhbəri David Kirkitadzeyə və idarənin bütün əməkdaşlarına minnətdarlığını bildirib: “Kvemo-Kartli bölgə qubernatoru David Kirkitadzenin Azərbaycan xalqına qarşı böyük sevgisi və hörməti var. Bu insanda bizim xalqa olan sevgini heç kimdə mən müşahidə etməmişəm. Ona bizim xalqa qarşı göstərdiyi diqqətə və qayğıya görə ilk növbədə minnətdarlığımı bildirirəm. Həqiqətən də mən quberniya idarəsində işlədiyim müddətdə bir azərbaycanlı olaraq həm qubernator tərəfindən, həm də əməkdaşlar tərəfindən çox böyük qayğı və diqqətlə əhatə olunmuşdum”.
Hüseyn Yusubov nazir müavini vəzifəsinə təyinatla bağlı danışarkən bunları deyib: “Nazirlər Kabinetinin yeni tərkibi formalaşandan sonra ölkə prezidenti və baş nazirin qərarı ilə bir nəfər azərbaycanlının energetika nazirliyində təmsil olunması təklifi irəli sürülüb. Bu azərbaycanlının mən və yaxud başqası olması deyil, Nazirlər Kabinetində azərbaycanlı kadrın işlə təmin olunması müzakirə olunub və qərar qəbul edilib. Buna görə də mən xalqımız adından həm prezidentə, həm də baş nazirə minnətdarlığımı bildirmək istəyirəm. Bu diqqət, qayğı təkcə Hüseyn Yusubovun energetika nazirinin müavini vəzifəsinə təyin olunmağı ilə başa çatmayacaq. Mənim bildiyimə görə, dövlət strukturlarında, bir çox nazirliklərdə azərbaycanlı kadrlar məsul vəzifələrə təyin olunacaqlar”.
Nazir müavini bütün enerji və digər məsələlərdə Azərbaycanın Gürcüstan üçün yaxın tərəfdaş və qardaş bir ölkə olduğunu vurğulayıb: “Azərbaycanla bağlı çox böyük müqavilələr var. Hər bir ölkə üçün enerji sərbəstliyi əldə etmək və enerji asılılığından çıxmaq hər bir ölkə üçün önəmli məsələdir. Buna görə də nazirliyimizin apardığı xətt çox böyük strateji bir xətdir. Bu məsələlərdə Gürcüstan Azərbaycanla sıx münasibətdədir. Bu qardaşlıq münasibətləri bütün sferalarda olduğu kimi, enerji sahəsində də böyük tərəfdaşlıq səviyyəsinə çatıb”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR