Bank Of Baku

Azərbaycanda 14162 abituriyent ixtisas seçimi edib

Azərbaycanda 14162 abituriyent ixtisas seçimi edib
# 10 avqust 2012 08:20 (UTC +04:00)
Bakı. Sevil Zeynalqızı-APA. 2012-2013-cü tədris ili üçün Azərbaycanın ali təhsil müəssisələrinə keçirilmiş qəbul imtahanlarının nəticələrinə əsasən, artıq 14162 nəfəri ixtisas seçimi ərizəsini təsdiq edib. APA-nın məlumatına görə, bu barədə Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) sədri Məleykə Abbaszadə bildirib. Onun sözlərinə görə, onlardan 12313-ü Azərbaycan, 1849-u rus bölməsi üzrədir. Ərizəsini təsdiq etdirənlərdən 4968-i I, 3150-si II, 4646-sı III, 1398-i IV qrup üzrədir.

Abituriyentlərin ixtisas seçimi avqustun 7 başyalıb, ayın 16-dək davam edəcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR