Bank Of Baku

Astarada “Təmiz hava aylığı” çərçivəsində reyd keçirilib

Astarada “Təmiz hava aylığı” çərçivəsində reyd keçirilib
# 10 avqust 2012 13:09 (UTC +04:00)
Astara. Ağəddin Babayev-APA. “Təmiz hava aylığı” çərçivəsində bu gün Astara şəhərinin Heydər Əliyev prospektində növbəti reyd keçirilib. APA-nın Cənub bürosunun məlumatına görə, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 1 saylı ərazi idarəsi ilə Astara Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsi əməkdaşlarının birgə iştirakı ilə keçirilən tədbir zamanı 70-ə yaxın nəqliyyat vasitəsi saxlanılıb. Havaya buraxılan dəm qazı normadan artıq olduğu üçün 30 nəqliyyat vasitəsi barədə qanuna müvafiq qaydada inzibati protokol tərtib edilib. Sürücülər isə bu vəziyyəti yanacağın keyfiyyətinin aşağı olması ilə əlaqələndiriblər.

Reyd zamanı sürücülük hüquqi olmadan nəqliyyat vasitəsini idarə edən üç sürücü saxlanmaqla onların avtomaşınları cərimə meydançasına aparılıb. Texniki baxışdan keçməyən daha üç avtomobilin sürücüsü barəsində cərimə protokolu tərtib olunub.

Astara Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin rəis əvəzi İlqar Rəhimzadə rayon ərazisində avtomobillərin hərəkətinin təhlükəsizliyini təmin etmək üçün bu cür reydlərin vaxtaşırı keçiriləcəyini bildirib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR