Gədəbəyin Əlismayıllı kəndinin su təchizat sistemi Yaponiya hökumətinin vəsaiti hesabına yenidən qurulub
10 avqust 2012 12:22 (UTC +04:00)
Gəncə. Ayxan Hüseynov-APA. Sabah Gədəbəyin Əlismayıllı kəndində su təchizatı sisteminin tikintisinin başa çatması münasibətilə açılış mərasimi keçiriləcək. APA-nın Qərb bürosunun məlumatına görə, Yaponiya kəndin su təchizatı sistemi Yaponiya səfirliyinin ayırdığı qrant layihəsi hesabına yenidən qurulub. Yaponiya hökuməti bu məqsədlə ümumilikdə 99607 dollar qrant ayırıb. Su təchizatı sisteminin yenidən qurulması 1500 nəfər əhalisi olan Əlismayıllı kəndində içməli suya tələbatı ödəmiş olacaq. Qeyd edək ki, səfirlik bundan əvvəl Gədəbəyin Çay Rəsullu kəndində məktəbin tikilməsinə, Düz Rəsullu kəndində isə tibb məntəqəsinin inşasına qrant yardımı ayırıb. Sabah Əlismayıllı kəndində keçiriləcək açılış mərasiminə Yaponiyanın Azərbaycandakı səfiri Suşuke Vatanabe də qatılacaq.
Sosial
Növbəti köç karvanı Laçın rayonuna çatıb - FOTO - YENİLƏNİB
16:08
31 may 2024
Dövlət Xidmətində "Açıq qapı" günü keçirilib
15:38
31 may 2024
İyunun 2-də musiqi, incəsənət, aşıq məktəb və mərkəzlərinə işə qəbul üzrə imtahan keçiriləcək
14:59
31 may 2024
Vilayət Eyvazov Yardımlıda vətəndaş qəbulu və sıra baxışı keçirib
14:45
31 may 2024