Bank Of Baku

Göygöldə Dövlət Bayrağı Meydanı inşa olunur

Göygöldə Dövlət Bayrağı Meydanı inşa olunur
# 11 avqust 2012 09:52 (UTC +04:00)
Göygöl. Ayxan Hüseynov-APA. Göygöl rayonunda Dövlət Bayrağı Meydanı inşa olunmaqdadır. APA-nın Qərb bürosunun məlumatına görə, bu məqsədlə rayon ərazisində 6 hektar sahə ayrılıb. Nəhəng dövlət bayrağının asılacağı dirəyin uzunluğu 76 metr olacaq. Bayraq Meydanından asılacaq üçrəngli dövlət bayrağını rayonun əksər yerlərindən və Gəncə şəhərindən görmək mümkün olacaq. Bayraq meydanında abadlaşdırma işləri aparılır, ağac və güllər əkilir. Meydanın ətrafında 4 hektar ərazidə meşə zolağının salınması nəzərdə tutulur. Bayraq Meydanının açılış mərasiminin bu ilin sonuna kimi keçirilməsi planlaşdırılıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR