Ombudsman Aparatının əməkdaşları 10 və 11 saylı cəzaçəkmə müəssisələrinin cərimə təcridxanalarına başçəkmə həyata keçiriblər
11 avqust 2012 11:26 (UTC +04:00)
Bakı. Şəhriyar Əlizadə-APA. Ombudsman Elmira Süleymanovun tapşırığına əsasən, milli preventiv mexanizm qrupunun üzvləri Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 10 və 11 saylı cəzaçəkmə müəssisələrinin cərimə təcridxanalarına başçəkmə həyata keçiriblər. Ombudsman Aparatının mətbuat xidmətindən APA-ya verilən məlumata görə, qrupun üzvləri orada saxlanılan məhkumlarla təklikdə söhbət aparıblar, onların cərimə təcridxanasında saxlanılmasının qanuniliyini təsdiq edən sənədlərlə tanış olublar. Qəbul edilən məhkumlar rəftar və saxlanılma şəraitindən şikayət etməyiblər.
Son günlər ölkədə havaların isti keçməsi ilə əlaqədar olaraq Penitensiar Xidmətin həbsxanasında, cəzaçəkmə müəssisələrində və istintaq təcridxanalarında saxlanılan məhkumların vəziyyətinin araşdırılması və imkan daxilində saxlanma şəraitinin təkmilləşdirilməsi ilə bağlı müvafiq tədbirlərin görülməsi üçün müvəkkil Ədliyyə Nazirliyinə müraciət edib.

Sosial
Diplomları tanınmayan və ən çox imtina alan xarici ali məktəblər açıqlanıb
11:34
22 may 2024
Pensiyaçıların 90 faizi sosial sığorta əsaslı pensiya alır
11:31
22 may 2024
Nazir vətəndaşın pensiya seçimi hüququna aydınlıq gətirib
11:26
22 may 2024
İşləməyən şəxslər üçün dəfn müavinəti verilə bilər - YENİLƏNİB
11:14
22 may 2024