Bank Of Baku

Azərbaycan paytaxtında son 2 gündə 6 suda boğulma hadisəsi baş verib, 2 yeniyetmə suda bataraq ölüb

Azərbaycan paytaxtında son 2 gündə 6 suda boğulma hadisəsi baş verib, 2 yeniyetmə suda bataraq ölüb
# 13 avqust 2012 07:24 (UTC +04:00)
Bu barədə APA-ya Bakı şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının operativ və hospital işlərinin təşkili şöbəsinin böyük həkimi Zemfira Vahidova bildirib. Onun sözlərinə görə, 14 yaşlı oğlan Buzovna çimərliyində suda batıb: “Pirşağı çimərliyində isə 12 yaşlı qız suda boğulub, həyatını xilas etmək mümkün olmayıb. Amma onunla birlikdə olan 11 yaşlı qardaşı suda boğulmadan xilas edilib və xəstəxanaya yerləşdirilib”.

Z.Vahidova deyib ki, digər 3 nəfərə isə ilkin tibbi yardım göstərildikdən sonra xəstəxanaya yerləşdirilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR