Bank Of Baku

İranda baş vermiş zəlzələ nəticəsində Azərbaycanın Füzuli rayonunun işğaldan azad olunmuş ərazilərində bir neçə evə zərər dəyib

İranda baş vermiş zəlzələ nəticəsində Azərbaycanın Füzuli rayonunun işğaldan azad olunmuş ərazilərində bir neçə evə zərər dəyib
# 13 avqust 2012 08:57 (UTC +04:00)
Bu barədə APA-ya Füzuli rayon İcra Hakimiyyətinin ərazi idarəetmə orqanları ilə iş şöbəsinin müdiri Məcnun Namazəliyev məlumat verib.

M. Namazəliyevin sözlərinə görə, zəlzələ nəticəsində İcra Hakimiyyətinə Horadiz şəhərində və ətraf yaşayış məntəqələrində evlərdə çatların yaranması ilə bağlı məlumatlar daxil olub. Hazırda bununla bağlı dəqiqləşmələr aparılır.

İcra Hakimiyyəti rəsmisi siyahı hazır olandan sonra zərər çəkmiş evlərin bərpası istiqamətində müvafiq qərarın qəbul edilə biləcəyini deyib.

Qeyd edək ki, avqustun 11-də İranın Əhər bölgəsində baş vermiş 6,6 bal gücündə zəlzələ nəticəsində dağıntılar olub, insan tələfatı var.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR