Bank Of Baku

Dövlət Əmək Müfəttişliyi: Havanın isti keçməsi ilə əlaqədar tikinti işlərində işçilərə fasilələr verilməlidir

Dövlət Əmək Müfəttişliyi: Havanın isti keçməsi ilə əlaqədar tikinti işlərində işçilərə fasilələr verilməlidir
# 13 avqust 2012 09:44 (UTC +04:00)
Bu barədə APA-ya Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin (DƏMX) rəis müavini Məhərrəm Məhərov bildirib.

Onun sözlərinə görə, tikinti işlərində saat 12:00-dan 16:00-dək fasilələr verilməlidir: «Biz həmişə bu barədə əvvəlcədən xəbərdarlıq edirik. Bölgə müfəttişlərinə tapşırıq veririk ki, harada açıq havada iş gedirsə orada nəzarəti gücləndirsinlər. Asfalt salınan yerlərdə belə havada hökmən işə fasilələr verilməlidir. Çünki asfaltın istisi və günün hərarəti altında belə işləri görmək olmaz. İnşaat işlərini isə kölgədə, üstü örtük yerlərdə davam etdirmək olar. Biz əsasən açıq havada, günəş şüalarının birbaşa təsiri altında tikinti aparılan yerlərdə işləri güclü nəzarətə götürmüşük».

Qeyd edək ki, qanunvericiliyə uyğun olaraq, tikintidə havanın temperaturunun 41 dərəcədən yuxarı olduğu isti və açıq şəraitdə işçilərin işləməsi qadağandır. Belə şəraitdə işə ya fasilə verilməli, ya da tamamilə dayandırılmalıdır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR