Bank Of Baku

TürkPA Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirəyə müşahidəçi statusu ilə üzv qəbul olunub

TürkPA Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirəyə müşahidəçi statusu ilə üzv qəbul olunub
# 13 avqust 2012 09:57 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov – APA. Türkdilli Ölkələrin Parlament Assambleyası (TürkPA) Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirəyə (CICA) müşahidəçi statusu ilə üzv qəbul olunub. Bu barədə APA-ya TürkPA-nın mətbuat xidmətindən məlumat verilib. CICA-nın yaradılması haqqında ilk təşəbbüs 5 oktyabr 1992-ci il tarixində, BMT Baş Assambleyasının 47-ci Sessiyasında Qazaxıstan prezidenti Nursultan Nazarbayev tərəfindən irəli surulüb.

CICA Asiyada sülh, təhlükəsizlik və stabilliyin təmin edilməsi sahəsində əməkdaşlığın gücləndirilməsi istiqamətində fəaliyyət göstərən çoxmillətli Forumdur. Forum Asiyada və dünyada sülh, təhlükəsizlik və stabillik arasında yaxın əlaqələrin olduğunu qəbul edir.
Hazırda CICA-nın Asiya əhalisi və ərazisinin təxminən 90 faizini əhatə edən 24 üzv ölkəsi var. 8 ölkə və BMT, ATƏT və Ərəb Ölkələri Liqası kimi çoxmillətli təşkilatlar CICA-da müşahidəçi statusuna sahibdir və TürkPA bu təşkilatda müşahidəçi statusu alan dördüncü təşkilatdır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR