Bank Of Baku

Rusiyanın populyar jurnalı Nizami Gəncəvini fars şairi adlandırıb

Rusiyanın populyar jurnalı Nizami Gəncəvini fars şairi adlandırıb
# 13 avqust 2012 10:09 (UTC +04:00)
Bu barədə APA-ya Krımın Azərbaycan icmasının rəhbəri Rəhim Hümbətov bildirib.

Onun sözlərinə görə, jurnalın Çingizxan dövrünün tarixinə həsr olunan məqaləsində Yuri Aleksandrov adlı şəxs Nizami Gəncəvini fars şairi kimi qələmə verib: “Yəqin ki, müəllifi Nizaminin Azərbaycan şairi olmasını təsdiqləyən Krımski, Bertelsin kimi tanınmış türkşünaslarının və amerikalı alimlərin araşdırmaları ilə tanış deyil. Böyük Sovet Ensiklopediyasında 1939-cu ildə Krımskinin redaktorluğu altında çap edilən məqalədə Nizami azərbaycanlı şair və mütəfəkkir adlandırılır. Həmin fikirlə məşhur sovet şərqşünası Bertels və Sovet alimləri də təsdiqləyir. Nizaminin səhvən “fars şairi” adlandırılması təəccüb doğurmur. Məsələn, görkəmli rus şərqşünası və iranşünas V.V.Qriqoryevin fikrincə, Mirzə Kazım bəy Rusiyada Şərqin öyrənilməsini elmi, akademik səviyyəyə gətirən şəxslərdən biri olub. Akademik A.N.Kononov isə Mirzə Kazım bəyi "özündə Avropa və şərq elmlərini birləşdirən" "Rusiya vətəndaşı və vətənpərvəri" adlandırıb. Dahi alim Azərbaycan əsilli idi, ancaq onun haqqında rus xadimi kimi yazırlar. Etnik mənsubluğu göstərilməyən belə hallar olduqca genişdir. Nizaminin Azərbaycan-ürk etnik mənşəli olması onun yalnız fars dilində yazdığı üçün dəqiq göstərilmir”.
Krımın Azərbaycan icması bununla bağlı izahı “Vokruq sveta” jurnalının redaksiyasına göndərib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR