Bank Of Baku

Son günlər Bakıda təcili yardıma müraciət edənlərin sayı artıb

Son günlər Bakıda təcili yardıma müraciət edənlərin sayı artıb
# 14 avqust 2012 08:18 (UTC +04:00)
Dünən səhər saat 9-dan bu gün səhər saat 9-dək paytaxtda təcili yarıma 1672 çağırış qeydə alınıb. Bu barədə APA-ya Bakı şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının operativ və hospital işlərinin təşkili şöbəsinin böyük həkimi Zemfira Vahidova bildirib. Onun sözlərinə görə, avqustun 12-də sutka ərzində bu çağırışların sayı, 1583, ayın 11-də 1508 nəfər olub. Z.Vahidova deyib ki, müraciətlər əsasən, təzyiq, ürək-damar, böyrək, qaraciyər çatışmazlığı ilə bağlıdır. Çağırışların 69-u isə müxtəlif zədə almalarla əlaqədar olub.

Z.Vahidova keçən sutka ərzində uşaqlarla bağlı çağırışların da artdığını bildirib. Onun sözlərinə görə, azyaşlılarla əlaqədar təcili yardıma edilən 209 müraciətdən 33-ü bir yaşınadək olan körpələrlə bağlı olub.

həkim onu da bildirib ki, dünən Bakıda 4 günvurma hadisəsi qeydə alınıb. Onlara ilkin tibbi yarım göstərilib və vəziyyətləri yaxşılaşıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR