Bank Of Baku

AHİK sədri Səttar Mehbalıyev: «Həmkarlar təşkilatlarının olması işçiləri çox problemlərdən qoruya bilər»

AHİK sədri Səttar Mehbalıyev: «Həmkarlar təşkilatlarının olması işçiləri çox problemlərdən qoruya bilər»
# 14 avqust 2012 11:00 (UTC +04:00)
Bakı. Əli Əhmədov – APA-Economics. Azərbaycanda bəzi müəssisələrdə həmkarlar təşkilatlarının olmaması orada çalışanların hüquqlarının pozulmasına şərait yaradır. «APA-Economics»in məlumatına görə, bunu Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) sədri Səttar Mehbalıyev bildirib: «Əmək qanunvericiliyindən xəbərsiz olan 7-8 adam özəl şirkət yaradır, işçi götürür, onlarla heç bir müqavilə bağlanmır. Nəticədə, 2-3 ay işləyəndən sonra xoşuna gəlməyəndə onu asanlıqla işdən çıxarır. Amma əmək müqaviləsi olsa və ya təşkilatda həmkarlar ittifaqları olsa həmin işçilərin hüquqlarını qorumaq mümkün olar».

S.Mehbalıyev işçilərin rəsmiləşdirilmədən, müqaviləsiz işə götürülməsinin, eləcə də maaşlarının tam göstərilməməsinin sonradan işçi üçün böyük problemlərə səbəb olacağını xatırladıb. Onun sözlərinə görə, bəzi müəssisələrdə işçinin maaşı rəsmi olaraq minimum əmək haqqı kimi göstərilir, amma əsas maaşı ona zərfdə verilir: «Həmin işçi pensiyaya çıxanda onun pensiyası məhz cədvəldəki rəqəmlə götürülür, bu da çox aşağı məbləğ edir. Yəni, maaşın hansı hissəsi rəsmiləşibsə, pensiya da ona əsasən hesablanır».

Müqaviləsiz işləyənlər isə daha böyük risklərə məruz qalırlar. Belə ki, həmin şəxslər iş yerlərində xəsarət alanda və ya əlil olanda faktiki olaraq müdafiəsiz qalırlar: «Belə işçinin başına bir iş gələndə işə götürənlər onu arxayın edirlər ki, müalicə etdirəcəm, sənə baxacam və s. Amma 1-2 aydan sonra yardımı kəsirlər, kömək edən də olmur. Onu elə rəsmiləşdirirlər ki, guya bu hadisə iş yerində baş verməyib. Nəticədə, məhkəməyə müraciət də fayda vermir».

AHİK rəhbəri bildirib ki, əgər belə işçilər müqavilə ilə işləsələr və münasibətlərini tam rəsmiləşdirsələr onların hüquqları tam qorunar və lazımi kömək göstərilər: «Əgər bu hadisə iş yerində işə görə olubsa, həmin şəxsə ölənədək yardım verilməlidir». S.Mehbalıyevin sözlərinə görə, belə halların baş verməməsi üçün işçilər öz əmək hüquqlarını bilməlidir.

AHİK sədri qeyd edək ki, müəssisədə həmkarlar təşkilatlarının olması işçilərin ixtisarı prosesini də nəzarətdə saxlamağa imkan verir. Qanuna əsasən, ixtisara hazırlaşan işəgötürən 3 ay əvvəl həmkarlar təşkilatına məlumat verməlidir. Nəticədə, danışıqlar aparılır, orada işləyən işçilərin gələcək taleyi müzakirə olunur: «İxtisarların aparılmasında da müəyyən güzəştləri var – şəhid ailələrinin üzvləri, 3 uşağı olanlar, körpə uşağı olanlara güzəştlər edilməlidir. Həmkarlar təşkilatı olanda onlar bu güzəştləri tələb edirlər».
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR