Bank Of Baku

Azərbaycanda ali təhsil müəssisələrinin magistraturalarında 1000-dən çox plan yeri boş qalıb

Azərbaycanda ali təhsil müəssisələrinin magistraturalarında 1000-dən çox plan yeri boş qalıb
# 14 avqust 2012 11:07 (UTC +04:00)
Bakı. Sevil Zeynalqızı - APA. Azərbaycanda ali təhsil müəssisələrinin magistraturalarının boş qalan plan yerlərinə qəbul olmaq üçün müraciət edən 667 bakalavrdan 346 nəfəri magistratura səviyyəsi üzrə təhsil almaq hüququ qazanıb. Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının mətbuat xidmətinin rəhbəri Elnur Nağızadə APA-ya bildirib ki, magistraturaya ümumi plan yeri 6021 olub. Onun sözlərinə görə, magistraturaya qəbulla bağlı keçirilən müsabiqənin birinci mərhələsindən 5018 nəfər keçib: “Birinci müsabiqədə 800-dək bakalavr qeydiyyatdan keçməyib, imtina edib. Azərbaycanda ali təhsil müəssisələrinin magistraturalarında 1027 plan yeri boş qalıb”.

Ali təhsil müəssisələrinin magistraturalarının boş qalan plan yerlərinə qəbul olanlar avqustun 15-dən 24-dək sənədlərini qəbul olduqları təhsil müəssisəsinə təqdim edərək qeydiyyatdan keçməlidirlər. Həmin müddətdə qeydiyyatdan keçməmək bakalavrın müvafiq ixtisasa yerləşdirilməsindən imtina etməsi kimi qiymətləndiriləcək və onun qəbul haqqında əmri ali təhsil müəssisəsinə göndərilməyəcək.

Qeyd edək ki, Azərbaycanın ali təhsil müəssisələrinin magistraturalarının boş qalan plan yerlərinə qəbul bu il martın 4-də və iyunun 24-də keçirilmiş iki mərhələli qəbul imtahanında toplanılmış ballar əsasında müsabiqə yolu ilə aparıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR