Bank Of Baku

Azərbaycanda dövlət qoruğunun ərazisində çətənə kolu aşkarlanıb

Azərbaycanda dövlət qoruğunun ərazisində çətənə kolu aşkarlanıb
# 14 avqust 2012 12:29 (UTC +04:00)
Bakı. Sevil Zeynalqlzı - APA. Ekologiya və Təbii Sərvətlər Nazirliyi Zaqatala Dövlət Təbiət Qoruğunun əməkdaşları tərəfindən qoruq ərazisində kətənə kolunun aşkarlanması ilə bağlı məlumat yayıb. APA-nın nazirliyin saytına istinadən verdiyi məlumata görə, avqustun 13-də aparılmış araşdırma zamanı qoruğun Gərəkli sahəsinin 4 saylı dolayında naməlum şəxslər tərəfindən qanunsuz olaraq kol-kosdan təmizlənmiş 0.03 hektar sahədə tərkibində narkotik maddələr olan çətənə bitkisinin əkilib becərilməsi, onlara aqrotexniki qulluq edilməsi faktı aşkar olunub.

Müəyyən olunmuş faktla bağlı Balakən Rayon Polis Şöbəsinə məlumat verilib, hazırda polisdə araşdırılma aparılır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR