Bank Of Baku

David Bakradze: “Biz tamam başqa bir Gürcüstan yaradırıq” - FOTO

David Bakradze: “Biz tamam başqa bir Gürcüstan yaradırıq” - <font color=red>FOTO</font>
# 14 avqust 2012 12:31 (UTC +04:00)
Marneuli. Nizami Məmmədzadə - APA. Bu gün Gürcüstan parlamentinin sədri David Bakradze azərbaycanlıların kompakt yaşadığı Marneuli şəhərinə səfər edib. APA-nın Gürcüstan bürosunun məlumatına görə, parlament sədri Marneuli rayonu üzrə kənd təsərrüfatı Servis Mərkəzində regionda kənd təsərrüfatının inkişafı üçün ayrılan texnika ilə tanış olub, mexanizatorlarla görüşüb, burada fəaliyyət göstərən yeni laboratoriyanın işinə baxıb. Sonra David Bakradze mərkəzə toplaşan Marneuli, Zalqa və Qardabanidən gələn nümayəndələrə və jurnalistlərə oktyabrın 1-də keçiriləcək parlament seçkilərinə Vahid Milli Hərəkat partiyası tərəfindən deputatlığa namizədləri təqdim edib. Məlumata görə, Zalqa rayonundan rayon icra başçısı Revaz Şabloxaşvili, Qardabanidən rayon bələdiyyəsinin sədri Temur Peikrişvili və azərbaycanlıların kompakt yaşadığı Marneuli rayonundan bir neçə dəfə Gürcüstan parlamentinə deputat seçilən soydaşımız Azər Süleymanov təkrarən deputatlığa namizəd irəli sürülüb. Parlament sədri hər üç namizədin haqqında xoş sözlər deyib: “Hər üçü yaşadığı regionu yaxşı tanıyır, ailələrin problemlərini bilirlər”.

Gürcüstan parlamentinin sədri Marneuli regionu haqda da danışıb: “Bu regionda çox əməksevər bir xalq yaşayır. Onlar kənd təsərrüfatını inkişaf etdirərək, müxtəlif növlü məhsullar becərir, məhsullarını azad sata bilirlər. İndi heç bir korrupsiya, kriminal, yol müfəttişi onları narahat etmir. Bu da onların gələcəyini daha da yaxşılaşdırmağa kömək edir. Biz də bu məqsədlə regionlara yeni texnika ayırmışıq və gələcəkdə bu sahədə böyük inkişaf gözlənilir.”

Gürcüstan parlamentinin sədri David Bakradze jurnalistlərə açıqlamasında ölkənin getdikcə inkişaf etdiyini və heç zaman keçmişin təkrar olmayacağını bildirib : “Bizim üçün çox vacibdir ki, bu regionda kənd təsərrüfatı və digər sahələr inkişaf etsin. Bizim üçün çox vacibdir ki, insanlar burada baş verən keçmişlərə qayıtmasın, həmin əziyyətləri yenə çəkməsinlər. Biz yaxşı xatırlayırdıq ki, Tiflisə öz məhsulunu satmağa aparan sadə kəndlinin qarşısını hər yüz metrdən bir avtomobil müfəttişləri kəsir və onları soyur, pul tələb edirdilər. İndiki zamanda bizə regionun inkişafı və mütləq irəli getməyi vacibdir. Biz bu gün Kvemo-Kartli bölgəsinin üç rayonundan bizim partiyadan deputatlığa üç namizədi təqdim etdik. Marneulidən bizim namizədimiz Azər Süleymanov olacaq. Artıq o, bir necə ildir ki, Gürcüstan parlamentində azərbaycanlıları təmsil edir. Mən düşünürəm ki, o özünü yaxşı deputat kimi göstərə bilib”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR