Bank Of Baku

Lənkəranda rayonlararası narkoloji xəstəxana üçün yeni bina tikilir

Lənkəranda rayonlararası narkoloji xəstəxana üçün yeni bina tikilir
# 14 avqust 2012 13:34 (UTC +04:00)
Lənkəran. Ağəddin Babayev – APA. Lənkərandakı rayonlararası narkoloji xəstəxana üçün yeni binanın tikintisinə başlanıb. Bu barədə məlumatı APA-nın Cənub bürosuna xəstəxananın baş həkimi Vüqar Əliyev verib. Onun sözlərinə görə, BMT-nin “Narkotiklərə yox deyək!” devizi altında həyata keçirilən layihə çərçivəsində ayrılmış qrant əsasında tikilən 18 çarpayılıq xəstəxana iki mərtəbədən ibarət olacaq. Burada aptek, ambulatoriya, həkim otaqları, laboratoriya və s. yardımçı kabinetlər qurulacaq. Yeni şəfa ocağının gələn ilin əvvəlləri üçün istifadəyə veriləcəyini bildirən V.Əliyevin sözlərinə görə, hazırda xəstəxanada Lənkəran rayonu üzrə 1372 nəfər xəstə qeydiyyatdadır. Bunlardan 842 nəfəri ineksion narkotik istifadəçisidir. Qeydiyyatda duranlardan 47 nəfəri QİÇS xəstələri siyahısına daxildir. Baş həkim, həmçinin bu ilin 8 ayı ərzində qeydiyyatda olan xəstələrdən üç nəfərin dozanı aşma səbəbindən dünyasını dəyişdiyini əlavə edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR