Qulu Novruzov: “İctimai Palata adlı qurumun təhsil sahəsi ilə bağlı səsləndirdiyi tənqidlərin heç bir əsası yoxdur”
Q. Novruzov bildirib ki, İctimai Palatanın tədbirində Azərbaycan gənclərinin xaricdə təhsil alması ilə bağlı Dövlət Proqramı haqqında da cəfəng fikirlər səslənib. Onun sözlərinə görə, xüsusilə Qubad İbadoğlu bu məsələyə toxunaraq özünün bu sahədə nə qədər «bilikli olduğunu» nümayiş etdirməyə cəhd göstərib: “Bu şəxs Dövlət Neft Fondundan bu sahəyə kifayət qədər vəsait ayrıldığını bildirir və iddia edir ki, proqram üzrə təhsil alanların əksəriyyəti eyni regionun, eyni zümrənin təmsilçiləridirlər ki, onların da böyük əksəriyyəti Azərbaycana qayıtmırlar. Nə dərəcədə məsuliyyətsiz olmalısan ki, belə fikirlər səsləndirəsən. İnsan bilmədiyi məsələdən danışmamalıdır. Çox maraqlıdır ki, Qubad İbadoğlu dövlət proqramı ilə yaxından tanış olduğunu desə də, nə qədər məntiqsiz, məsuliyyətsiz bəyanat səsləndirir. Bu adam əvvəllər də dövlət proqramı çərçivəsində xaricdə təhsil alanların yüksək vəzifəli məmur övladları olduğunu deyib. Mən bir daha qeyd edirəm ki, o, proqram çərçivəsində xaricdə ali təhsil almağa göndərilən 1200 nəfər tələbədən 12 nəfər məmur uşağının adını açıqlayarsa, mən onun haqlı olduğunu iddia edərəm. Amma məsələ burasındadır ki, bu proqramda sıravi vətəndaşların övladları iştirak edir. Yəni, sadə peşə sahiblərinin, təqaüdçülərin, müəllimlərin, işsiz və s. sadə ailələrin övladları proqram çərçivəsində xaricdə təhsil almağa göndərilirlər”.
Q. Novruzov bununla bağlı nazirliyin hər cür araşdırma aparmağa hazır olduğunu bəyan edib. Müxalifətçilərə məsuliyyətsiz bəyanatlar səsləndirməməyi tövsiyə edən Q.Novruzov dövlət proqramı çərçivəsində oxuyan azərbaycanlı gənclərin sonradan xaricdə qaldıqları barədə iddiaları da təkzib edib. Onun sözlərinə görə, bu faktlar mövcud deyil: “Dövlət proqramı çərçivəsində xaricdə təhsil alanların sosial bazası ilə bağlı xüsusi araşdırmalar, təhlillər aparırıq və xaricə göndərilən gənclərin 98 faizi sadə ailələrin üzvləridir. Bəzi şəxslərin isə bilmədikləri məsələlər, proqramın təqaüdçüləri barədə belə qarayaxmalar danışması təəssüf doğurur. Ən acınacaqlısı odur ki, həmin “ekspertlər” bu sahə ilə yaxından tanış olduqlarını iddia edirlər. Onların diqqətinə bir məsələni çatdırmaq istəyirəm ki, Təhsil Nazirliyi dövlət proqramının təqaüdçülərinin seçimini aparmır. Nazirlik xarici dövlətlərin ali məktəbləri tərəfindən dəvət almış, onların qəbul şərtlərini ödəmiş və dövlət proqramının təqaüdünə müraciət etmiş namizədlərin uyğunluğunu yoxlayaraq Azərbaycan Prezidenti yanında Təhsil Komissiyasına təqdim edir. Burada seçim belədir ki, namizəd müraciət edərkən TQDK-nın balları əlində olur. Bu bal onlara uyğunluğun seçilməsində mühüm bir kriteriyadır. Bu o deməkdir ki, artıq seçimin birinci mərhələsi TQDK tərəfindən, ikinci mərhələsi isə xarici ali məktəblər tərəfindən aparılır. Təhsil Nazirliyi yalnız namizədlərin proqramın şərtlərinə uyğunluğunu yoxlayıb onları Azərbaycan Prezidenti yanında Təhsil Komissiyasına təqdim edir. Bu Komissiya tərəfindən namizədliklər təsdiq olunduqdan sonra tələbələrin təhsil yerlərinə göndərilmələri və təhsillərinin maliyyələşdirilməsi ilə bağlı prosedurlar həyata keçirilir”.
Sosial
Bakıda bu yollarda sıxlıq var - SİYAHI
Zaqatala sakinləri sel səbəbindən içməli susuz qalıb - FOTO
“28 May” metrostansiyasında eskalatorlardan biri təmirə dayandırılacaq
Təmirlə əlaqədar Bakı Dairəvi Yolunun bir hissəsi bağlanacaq
Xəbər Lenti
Bu günün valyuta məzənnələri
Neftin qiyməti 77 dollara yaxınlaşıb
Bakıda bu yollarda sıxlıq var - SİYAHI
İspaniyada meşə yanğını nəticəsində 12 nəfər ölüb
Qlobal fond bazarlarında əsas indekslərdə artım müşahidə olunub
Kriptovalyutalar bahalaşıb – “Bitcoin”in qiyməti 64 min dollara yaxınlaşır
Çində zooparkdan 100-dən çox heyvanı sel aparıb
CNN: ABŞ İrana yeni zərbələr endirməyə hazırdır, lakin diplomatiyaya şans vermək istəyir
ABŞ və Vatikan Ukrayna üzrə sülh səylərini müzakirə edib
Zelenski: Ukraynanın NATO-ya üzvlüyünü dəstəkləyənlərin sayı artıb
"Porsche" satışları 2026-cı ildə 16 faiz azalıb
Reuters: Rusiya dron zərbəsindən sonra Saratov neft emalı zavodunun işini dayandırıb
Pentaqon lazer silahının hazırlanmasına 86 milyon dollar ayırıb
Reuters: ABŞ və İran arasında texniki məsləhətləşmələr davam edir
Ayətullah Seyid Əli Xamenei dəfn edilib
Netanyahu Trampla telefon danışığında İsrail sərhədləri boyunca təhlükəsizlik zonalarının saxlanılmasının vacibliyini vurğulayıb
DÇ-2026: Fransa yarımfinal mərhələsinə yüksəlib
WSJ: İranın ABŞ bazalarına bəzi zərbələri hədəfə çatıb
Bundestaq Ukraynaya "Taurus" və "Patriot" tədarükü təklifini rədd edib
Zaqatala sakinləri sel səbəbindən içməli susuz qalıb - FOTO
Merz: İsrailin İordan çayının qərb sahilinin ilhaqına yönələn addımları yolverilməzdir
Oman və İran XİN başçıları Hörmüz boğazında sərbəst gəmiçiliyi müzakirə edib
Ukrayna yaxın günlərdə ABŞ-dan "Patriot" sistemi üçün raketlər alacaq
Zelenski: Ukrayna “Freya” adlı strateji əhəmiyyətli layihəyə başlayır
CNN: Pakistan və Qətər İranla ABŞ-ı danışıqlar masasına qaytarmağa çalışır
Ərdoğan: Türkiyə Ukraynada sülh üçün kommunikasiya kanallarını açıq saxlayır
İranın Konarak, Buşehr və Çoqadak şəhərlərində partlayışlar baş verib
Çexiyada 5,5 bal gücündə zəlzələ baş verib
Avropa Liqası: “Qarabağ” İslandiyanın “Vestri” komandasını məğlub edib
Katz: İsrail ordusu İrana qarşı əməliyyatı bərpa etməyə hazırdır
“28 May” metrostansiyasında eskalatorlardan biri təmirə dayandırılacaq
Təmirlə əlaqədar Bakı Dairəvi Yolunun bir hissəsi bağlanacaq
Netanyahu: İsrail ordusu təhlükəsizlik təmin olunana qədər Cənubi Livandan çıxmayacaq
Əraqçi: ABŞ-ın hücumları İslamabad Memorandumunun açıq şəkildə pozulmasıdır
Avropa İttifaqının vahid ordu ideyası siyasi ambisiyalar fonunda dalana dirənib - RƏY
Əmək bazarı işçi qrupunun növbəti iclası keçirilib
Mərakeş millisi Fransaya qarşı oyuna ciddi itki ilə çıxacaq
Azərbaycanla Türkiyə arasında hərbi-texniki əlaqələrin daha da inkişaf etdirilməsi müzakirə olunub
Ağalıda əmək yarmarkasında 80-dən çox vakansiya təqdim edilib
Samvel Karapetyanın ev dustaqlığı daha 2 ay uzadılıb
Katex çayında köməksiz vəziyyətdə qalan 5 nəfər xilas edilib - VİDEO
Türkiyə və İran XİN rəhbərləri atəşkəsi müzakirə edib
Bakıda kişi arvadını güllələyib - YENİLƏNİB-1
Seyran Ohanyan və digər sabiq məmurların Göyçə gölü sahilindəki qanunsuz tikililəri sökülüb
Azərbaycan və İtaliya arasında müdafiə sahəsində əməkdaşlıq müzakirə olunub
Publik hüquqi şəxslərdə mövcud vəzifələr dövlət qulluğu vəzifələrinə uyğunlaşdırılıb
Çində ayaqqabı fabrikində yanğın baş verib, 28 nəfər ölüb - YENİLƏNİB
"Tibb müəssisələrinin akkreditasiyası Qaydası” yeni redaksiyada təsdiqlənib
Qazdan istifadəyə dair yeni qaydalar müəyyənləşib, prosedurlar elektronlaşdırılır
Binaların enerji effektivliyi üzrə pasportlaşdırılması Qaydaları təsdiqlənib