Bank Of Baku

Misir Mərdanov: “Etiraf edirəm ki, repetitorluq məktəbin və müəllimin, bütövlükdə təhsilin nüfuzuna təsir göstərir”

Misir Mərdanov: “Etiraf edirəm ki, repetitorluq məktəbin və müəllimin, bütövlükdə təhsilin nüfuzuna təsir göstərir”
# 10 sentyabr 2012 09:04 (UTC +04:00)
APA-nın xəbərinə görə, bunu təhsil naziri Misir Mərdanov Bakının təhsil işçilərinin sentyabr konfransında çıxışı zamanı deyib.

Onun sözlərinə görə, məktəblərdə yuxarı sinif şagirdlərinin məktəbdən-məktəbə keçməsi halları olur. Bu isə həm idarəetmədə, həm təhsilin keyfiyyətində, həm də statistik məlumatların toplanmasında problemlər yaradır: “Heç kəsə sirr deyil ki, 10-11-ci siniflərdə bir çox valideynlər yalandan guya uşağın məktəbini dəyişir, amma məktəbə qoymur.
Müəllimləri evində repetitorluğa cəlb edir, beləliklə çox ciddi problemlər yaradır. Bu addımların qarşısını almaq üçün növbəti dərs ilində daha ciddi addımlar atmaq lazımdır. Dəfələrlə demişəm ki, repetitorluğun həm müsbət, həm mənfi tərəfləri var. Dünyanın hər yerində repetitorluq olub və olacaq. Amma repetitorluq təhsilin keyfiyyətinə təsir göstərməməlidir. Bizdə isə açıq etiraf edirəm ki, bu iş məktəbin və müəllimin, bütövlükdə təhsilin nüfuzuna təsir göstərir. Camaat içində belə bir fikir formalaşıb ki, repetitor yanına getməyən adam nüfuzlu təhsilə malik ola bilməz”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR