Bank Of Baku

Azərbaycanda 107 ilk peşə-ixtisas təhsil müəssisəsi fəaliyyət göstərir

Azərbaycanda 107 ilk peşə-ixtisas təhsil müəssisəsi fəaliyyət göstərir
# 10 sentyabr 2012 12:52 (UTC +04:00)
Bakı. Kəmalə Quliyeva – APA. Hazırda Azərbaycanda 107 ilk peşə-ixtisas təhsil müəssisəsi fəaliyyət göstərir. Həmin müəssisələrdə 28587 şagird təhsil alır, 4062 nəfər rəhbər və mühəndis-pedaqoji işçi, 1453 istehsalat təlimi ustası çalışır. Təhsil Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən xəbərə görə, “Texniki peşə təhsilinin inkişafı üzrə Dövlət Proqramı (2007-2012-ci illər)” və “Bakı şəhər kənd və qəsəbələrinin inkişafı üzrə Dövlət Proqramı” çərçivəsində ümumilikdə 12 ilk peşə-ixtisas təhsili müəssisəsi əsaslı təmir edilib, 2 yeni təhsil müəssisəsi tikilib istifadəyə verilib. Son 3 ildə 30 nəfər mühəndis-pedaqoji işçi Türkiyədə təcrübə keçib.

Avropa Komissiyası ilə birlikdə, Almaniya hökumətinin əsas tərəfdaş ölkə kimi seçildiyi “Kənd təsərrüfatı sahəsində ilkin peşə təhsilinin inkişafı” layihəsinə başlanılıb. Qeyd edək ki, 2 illik layihənin büdcəsi 1,2 milyon avro təşkil edir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR