Bank Of Baku

Bakı şəhərinin təhsil işçilərinin növbəti konfransı keçirilib

Bakı şəhərinin təhsil işçilərinin növbəti konfransı keçirilib
# 10 sentyabr 2012 12:54 (UTC +04:00)
Bakı. Kəmalə Quliyeva – APA. Bakı şəhərinin təhsil işçilərinin sentyabr konfransı keçirilib. APA-nın xəbərinə görə, konfransda çıxış edən Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) müdiri Nailə Rzaquliyeva deyib ki, idarə yaradıldığı ilk gündən etibarən fəaliyyətini təhsilin keyfiyyətinin yüksəldilməsinə yönəldib: “Hazırda Təhsil İdarəsinin tabeçiliyində 316 orta, 3 əsas, 5 yardımçı, 1 evdə təhsil, 5 cəzaçəkmə müəssisəsində axşam məktəbi var. Bu məktəblərdə 311 min 695 nəfər şagirdin təlim-tərbiyəsi ilə 29870 nəfər müəllim məşğul olur”.
N. Rzaquliyeva bildirib ki, təhsilin inkişafı üçün tələb olunan şərtlərdən biri təhsilin maddi-texniki bazasının inkişaf etdirilməsi, yüksək səviyyəli təhsil mühitinin yaradılmasıdır: “Bu tədris ilində Bakı şəhərində 5 yeni məktəb binası inşa edilib. Həmin məktəblərdən biri - Binə qəsəbəsindəki 326 saylı məktəb Heydər Əliyev Fondunun vəsaiti hesabına tikilib. 32 məktəbdə şagird sıxlığının aradan qaldırılması üçün əlavə korpus tikilərək istifadəyə verilib, 68 məktəbdə əsaslı təmir işləri aparılıb. 3 məktəbin istilik sistemi təmir edilib, 2 məktəbə qaz xətti çəkilib. Məktəblərə 221 adda 477 min 830 ədəd dərslik, 32 adda 28 min 93 ədəd dərs vəsaiti verilib”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR