Bank Of Baku

Azərbaycanda tam orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə qəbul olan şəxslərin 11 faizi bu müəssisələrdə oxumaqdan imtina edib

Azərbaycanda tam orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə qəbul olan şəxslərin 11 faizi bu müəssisələrdə oxumaqdan imtina edib
# 10 sentyabr 2012 14:30 (UTC +04:00)
Bakı. Kəmalə Quliyeva – APA. Azərbaycanda 2012-2013-cü tədris ili üçün tam orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə qeydiyyatdan keçən şəxslərin sayı açıqlanıb. Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) mətbuat xidmətindən APA-ya verilən xəbərə görə, tam orta təhsil bazasında orta ixtisas müəssisələrinə daxil olanların 89 faizi daxil olduqları təhsil müəssisələrində qeydiyyatdan keçib.

Tam orta təhsil müəssislərinə qəbul olan şəxslərin qeydiyyatına avqustun 27-dən başlanıb. Qeydiyyat sentyabrın 5-də başa çatmalı olsa da, TQDK bu müddəti sentyabrın 7-si saat 17.00-dək uzadıb. Bu müddətədək qeydiyyatdan keçməmək abituriyentin müvafiq ixtisasa yerləşdirilməsindən imtina etməsi kimi qiymətləndirilib. Beləliklə də tam orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə daxil olan şəxslərin 11 faizi bu müəssisələrdə oxumaqdan imtina edib.

Qeyd edək ki, bu il tam orta orta təhsil bazasında orta ixtisas təhsili müəssislərinin 8727 plan yerinə 8527 nəfər qəbul olunub. Qəbul planı 97,71 faiz yerinə yetirilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR