Prezident İlham Əliyev Qəbələdə “Tufan” istirahət kompleksinin tikintisinin gedişi ilə tanış olub
Məlumat verilib ki, dağlıq ərazidə istirahət üçün bütün əlverişli şəraitə malik olan bu sağlamlıq-turizm obyekti Qəbələ şəhərindən təxminən dörd kilometr aralıda yerləşir. Kompleksin inşa edilməsi turistlər üçün bütün fəsillərdə ekskursiya və digər istirahət imkanlarını təmin etməklə yanaşı, onların qış idman növləri ilə məşğul olmalarına şərait yaradacaq. Kompleksin trassa sistemi hər bir qonağın onun üçün məqbul enmə zolağını, maililiyini və çətinlik dərəcəsini seçmək üçün nəzərdə tutulub. Yamaclar “Everest” markalı xüsusi təyinatlı kipləşdirici qurğuların köməyi ilə möhkəmləndiriləcək. Dağ yamaclarının kənarı ilə və ya düzənlik sahələrdə enmə marşrutunun yaradılmasında bu texnikadan istifadə edilməsi səmərəli üsul olmaqla yanaşı, xizək sürənlərin təcrübə toplamasına xidmət edəcək. İnşası nəzərdə tutulan 10 enmə zolağının ümumi uzunluğu 18 min metrdir. Dağ-xizək liftləri hava şəraiti - küləyin sürəti və istiqaməti, yamacdan enmə imkanları, xizək sürənlərin digər trassalardan kənar hərəkət etmə imkanları nəzərə alınmaqla, qonaqların seçilən ərazinin əlçatan yerlərinə ən məqbul üsullarla çatdırılması üçün nəzərdə tutulub. Bütün dağ-xizək trassasının enmə zolaqlarının süni qaryaratma sistemi ilə təchiz edilməsi qərara alınıb. Kompleksin ərazisində xizəklə eniş zolaqlarının qar örtüyünün təmin edilməsi məqsədilə burada 223 süni qaryaratma qurğusunun yerləşdirilməsi planlaşdırılır. Bu istirahət mərkəzi gün ərzində üç min nəfərə xidmət göstərmək imkanına malik olacaq.
Daha sonra prezident İlham Əliyevə Qəbələ rayonu ərazisində inşası planlaşdırılan “Aquapark” istirahət və əyləncə mərkəzi haqqında məlumat verilib.
Bildirilib ki, yeni mərkəz bir neçə funksional hissədən ibarət olacaq. Konstruktiv quruluşuna görə mərkəzin binası monolit dəmir-beton tikili olacaq. Dam örtüyü açılıb-yığılan alüminium konstruksiyadan qurulacaq.
Diqqətə çatdırılıb ki, yüksək komfortlu funksional zona kimi fəaliyyət göstərəcək mərkəzin su-əyləncə bölməsinin ümumi sahəsi 5 min kvadratmetr olacaqdır. Burada bütün su attraksionları yerləşdiriləcəkdir. İlin isti aylarında dam örtüyünün açılması nəzərdə tutulur. Bütün su hövzəsi qonaqların yaşına uyğun olaraq zonalara bölünəcək. Su zonasının mərkəzində dalğalı hovuz yerləşəcək. Xüsusi avadanlığın köməyi ilə burada 1,2 metrə qədər hündürlükdə süni dalğaların yaradılması mümkündür. “Aquapark” çoxlu sayda müxtəlif texniki sistemlərdən istifadə edilməklə inşa olunacaq.
Prezident İlham Əliyev rayonda inşası nəzərdə tutulan “Golf Resort” idman və istirahət mərkəzinin layihəsi ilə də tanış olub.
Məlumat verilib ki, Azərbaycanda qolfun populyarlaşdırılması və bu idman növünə marağın artırılması məqsədilə ölkənin ən dilbər guşələrindən birində - Qəbələ rayonunda qolf idman meydançasının, habelə Qolf Akademiyası və Klubunun yaradılması qərara alınıb. Layihəyə əsasən, Qəbələ rayonu ərazisindən keçən Dəmiraparan çayı ilə ətrafdakı dağ massivinin arasındakı 80 hektarlıq ərazidə qolf meydançasının, qolf klubun, otel binasının, villaların və müvafiq infrastruktur obyektlərinin inşası nəzərdə tutulur. Mövsümi yağıntıların və dağlarda qar örtüyünün əriməsi nəticəsində Dəmiraparan çayında baş verə biləcək daşqın hallarının qarşısını almaq, bununla da qolf meydançasının mühafizəsini təmin etmək məqsədilə çayın sahilində istinad divarları tikiləcək. Klassik forma və üslubda inşa ediləcək bu mərkəzdə klub üzvlərinin və qonaqların səmərəli istirahəti üçün hər cür şərait yaradılacaq.
Azərbaycan prezidenti tikinti işlərinin yüksək keyfiyyətlə aparılması ilə bağlı tapşırıqlarını verib.
Sosial
SN Bakıda qulaqdibi xəstəliyinin yayılması ilə bağlı məlumatlara aydınlıq gətirib, valideynlərə çağırış edib
Valyutanın xaricdən qaytarılmamasına görə cərimə dəyişir, məsuliyyətdən azad edilmə halı olacaq
Əcnəbilərin Azərbaycanda müvəqqəti olma müddətinin uzadılması prosedurları elektronlaşdırılır
Toxumçuluq haqqında qanunvericiliyin pozulmasına görə yeni cərimələr tətbiq olunacaq
Xəbər Lenti
Latviya Konstitusiya Məhkəməsinin sədri Azərbaycana gəlib
DÇ-26: İspaniya millisi Belçika ilə üz-üzə gələcək
SN Bakıda qulaqdibi xəstəliyinin yayılması ilə bağlı məlumatlara aydınlıq gətirib, valideynlərə çağırış edib
Rusiya MN: Son bir həftədə Ukraynanın 5000-ə yaxın dronu vurulub
Peskov Ukraynanın sülh prosesinə meyilli olmadığını bildirib
"İnnovasiya və Süni İntellekt" üzrə təqaüd proqramının qalibləri ilə görüş keçirilib - FOTO
Agentlik xaricdə təhsil şirkətləri ilə bağlı müraciət edib
Rəsmi Moskva: Rusiya bazarında yanacaq çatışmazlığı var
Kreml Türkiyənin Rusiyadan aldığı S-400-ləri satması məsələsinə münasibət bildirib
Moskva vilayətində raket təhlükəsi elan olunub
Milli Məclisin növbəti iclasının tarixi açıqlanıb
Enerji Effektivliyi İnformasiya Sistemi Enerji effektivliyi fondunun vəsaiti hesabına maliyyələşdiriləcək
Valyutanın xaricdən qaytarılmamasına görə cərimə dəyişir, məsuliyyətdən azad edilmə halı olacaq
Əcnəbilərin Azərbaycanda müvəqqəti olma müddətinin uzadılması prosedurları elektronlaşdırılır
“AzerGold” turizm blogerləri üçün Daşkəsən rayonuna və ÇİRES-ə infotur təşkil edib
Kamilo Duran "Qarabağ"dan "Seltik"ə transfer olunub
Toxumçuluq haqqında qanunvericiliyin pozulmasına görə yeni cərimələr tətbiq olunacaq
Daşınmaz əmlakla bağlı ünvanlanan sorğulara cavab verilməməsinə görə cərimə müəyyənləşir
Qumar oyununda təkrar iştirak etməyə görə inzibati həbs tətbiq olunacaq
Kibertəhlükəsizliyə dair tələblərin pozulmasına görə cərimələr müəyyənləşir
Daşınmaz əmlakın dövlət reyestri və kadastrı vahid sistemdə birləşdiriləcək
Sabah 38 dərəcə isti olacaq
Bakıda "Media və dekolonizasiya" mövzusunda beynəlxalq konfrans keçiriləcək
Cinayət mühakimə icraatında həbs qoyulan əmlaka dair qərar məhkəmə nəzarəti qaydasında mübahisələndiriləcək
ING: Azərbaycan Mərkəzi Bankı uçot dərəcəsini uzun müddət dəyişməz saxlaya bilər
Akvakultura təsərrüfatlarının qeydiyyat şəhadətnaməsi üçün rüsum müəyyənləşir
Xarici dövlətlərin fiziki və hüquqi şəxslərinin Azərbaycanın su bioresurslarından istifadə qaydası müəyyən ediləcək
Balıqçılıq məhsullarının yeni satış qaydası müəyyənləşir
Akvakultura fəaliyyəti üçün qeydiyyat şəhadətnaməsi və Biotexnoloji Layihə Sənədi tələb olunacaq
“Balıqçılıq haqqında” yeni qanun layihəsi hazırlanıb, idarəetmə rəqəmsallaşdırılacaq, izlənmə mexanizmləri yaradılacaq
XİN rəhbərinin müavini Yuta və Kaliforniya ştatlarında işgüzar səfərdə olub
FHN taxıl biçini mövsümündə yanğın təhlükəsizliyinə dair müraciət edib - VİDEO
Təbii qazın Azərbaycandan Gürcüstana təchizatı barədə saziş təsdiqlənib - FƏRMAN
Selçuk Bayraktar Azərbaycandakı “Bayraktar” istehsalat müəssisələrində olub
Azərbaycanın xarici dövlət borcu 8% azalıb
Deputat: Keyfiyyətli toxum fondu dövlətlərin strateji üstünlüklərindən biridir
Toxumçuluq sahəsində yeni dövlət rüsumları olacaq
“Toxumçuluq haqqında” yeni qanun layihəsi hazırlanıb, Reyestr yaradılacaq
Azərbaycanın strateji valyuta ehtiyatları 85,8 mlrd. dollara yaxınlaşıb
Azərbaycan iqtisadiyyatı bu ilin ilk yarısında 1% artıb
"Abşeron" yatağında indiyədək hasil olunan qaz və kondensatın həcmi açıqlanıb
Azərbaycandan tranzit keçməklə Ermənistana propan və gübrə göndəriləcək
Konqo Demokratik Respublikasında Eboladan ölənlərin sayı 625-ə çatıb
Birinci yarımildə DSMF-nin xərcləri 4 milyard 124 milyon manat olub
Qaradağda 3 fərqli yol sahəsində yeni avtomobil körpüləri tikilir
Diplomatların peşə bayramı münasibətilə Gülüstan sarayında rəsmi qəbul keçirilib - FOTO
FHN “İçərişəhər” qoruğunda təlim keçirəcək
Qanunsuz sahibkarlıqla bağlı cinayət məsuliyyətindən azad edilməyə dair şərt dəyişir
Qumar oyunlarının virtual formada təşkili ilə bağlı cəzalar sərtləşdirilir
İnternet informasiya ehtiyatının fəaliyyətinin müvəqqəti məhdudlaşdırılacağı yeni hallar müəyyənləşir