Bank Of Baku

Biləsuvar şagirdlərinin 46 faizi 9 illik təhsil bazası üzrə payız imtahanında iştirak etməyib

Biləsuvar şagirdlərinin 46 faizi 9 illik təhsil bazası üzrə payız imtahanında iştirak etməyib
# 11 sentyabr 2012 09:37 (UTC +04:00)
Bakı. Kəmalə Quliyeva – APA. Azərbaycanda 9 illik təhsil bazası üzrə payız imtahanında daha çox şagirdi iştirak etməyən rayonların adları açıqlanıb. APA-nın məlumatına görə, Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) mətbuat xidmətinin rəhbəri Elnur Nağızadə jurnalistlərə açıqlamasında deyib ki, bu siyahıda liderliyi Biləsuvar (45,92 faiz), Yardımlı (39,91 faiz), Salyan (39,82 faiz), Saatlı (38,77 faiz), Sabirabad (38,6 faiz), Cəlilabad (30,25 faiz), Bakı şəhərinin Sabunçu rayonu (34,89 faiz), Şəmkir (27,39 faiz) Qəbələ (25,17 faiz) və Bakı şəhərinin Qaradağ rayonu (24,74 faiz) tutur.

E. Nağızadə bildirib ki, 9 illik təhsil bazası üzrə sentyabrın 9-da payız imtahanı verən şagirdlərin 15903 nəfəri, yəni 72 faizi müsbət qiymət ala bilib. İmtahanda 28483 şagirdin iştirak etməsi gözlənilsə də, onların 6404 nəfəri imtahana girməyib. İmtahanda iştirak edən 22077 şagirdin 11 nəfəri imtahandan xaric edilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR