Bank Of Baku

Güclü yağışlar Ucar rayonunda enerji problemi yaradıb

Güclü yağışlar Ucar rayonunda enerji problemi yaradıb
# 11 sentyabr 2012 11:13 (UTC +04:00)
Ucar. Zahid Abışov – APA. Dünən axşamdan başlayaraq yağan güclü yağışlar Ucar rayonunda bir sıra problemlər yaradıb. APA-nın Aran bürosunun xəbərinə görə, rayonun əksər yaşayış məntəqlərinə elektrik enerjisinin verilişi dayandırılıb.

Ucar Elektrik Şəbəkəsinin baş mühəndisi Bahadur Fəxrədovun verdiyi məlumata görə, güclü yağış 1960-cı illərdə istifadəyə verilən transformatorları yararsız hala salıb və bu səbəbdən enerji verilişində fasilə yaranıb. Hazırda problemi aradan qaldırmaq üçün təmir-bərpa işləri görülür.

Güclü yağış Ucar ərazisindən keçən Tülyançayın səviyyəsinin qalxmasına səbəb olub.

Rayon İcra Hakimiyyəti başçısının birinci müavini, Fövqəladə Hallar Komissiyasının sədri Əbil Mehdiyevin APA-ya verdiyi məlumata görə, Tülyançayda suyun səviyyəsinin qalxması ilə bağlı yaranmış təhlükəni aradan qaldırmaq məqsədilə əraziyə ağır texnika cəlb olunub, hazırda ərazidə bəndləmə işləri aparılır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR