Bank Of Baku

Azərbaycanda Edmund Maski stipendiya proqramına qəbul dayandırılıb

Azərbaycanda Edmund Maski stipendiya proqramına qəbul dayandırılıb
# 11 sentyabr 2012 15:14 (UTC +04:00)
Bakı. Viktoriya Dementyeva – APA. Bəzi MDB ölkələrində, o cümlədən Azərbaycanda Edmund Maski stipendiya proqramına qəbul dayandırılıb. APA-nın xəbərinə görə, ABŞ Dövlət Departamenti tərəfindən proqrama ayrılan maliyyənin ixtisar edilməsi səbəbiylə 2013-cü tədris ili üçün qəbul olmayacaq. Daha əvvəl bu proqram üzrə təhsil qrantı almış tələbələr tədrisi plan üzrə başa vuracaqlar.

Qeyd edək ki, Edmund Maski ABŞ Dövlət Departamentinin Təhsil və mədəni proqramlar şöbəsinin İREX (Beynəlxalq Təhqiqatlar və Mübadilə Şurası) tərəfindən icra olunan stipendiya proqramıdır. Proqram MDB ölkələrindən olan tələbələrin ABŞ universitetlərində magistr dərəcəsi almasına imkan yaradır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR