Bank Of Baku

Azərbaycanda zəlzələlərin koordinatlarını əvvəlcədən dəqiq demək yaxın bir neçə ayda mümkün olacaq

Azərbaycanda zəlzələlərin koordinatlarını əvvəlcədən dəqiq demək yaxın bir neçə ayda mümkün olacaq
# 12 sentyabr 2012 10:27 (UTC +04:00)
Bakı. Kəmalə Quliyeva - APA. Azərbaycanda zəlzələlərin koordinatlarını əvvəlcədən dəqiq demək yaxın bir neçə ayda mümkün olacaq. APA-nın xəbərinə görə, bu barədə jurnalistlərə Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Kibernetika İnstitutunun direktoru Telman Əliyev bildirib. Onun sözlərinə görə, Azərbaycanda zəlzələləri əvvəlcədən proqnozlaşdıran stansiyaların işindən bir sıra postsovet ölkələri, o cümlədən Türkiyə də yararlanacaq: “Gələcəkdə bu cür stansiyalar Türkmənistan, Özbəkistan, Türkiyə və Ukraynada da quraşdırılacaq. Bu ərazilərdə yerləşdiriləcək stansiyaların ümumi vahid bir serverə birləşdirilməsi nəzərdə tutulur. Bu layihə imkan verəcək ki, ümumi regionda seysmik hadisələri əvvəlcədən demək mümkün olsun”.

T. Əliyev bildirib ki, dünyada ilk dəfə olaraq, ölkədə istismarı dayandırılmış neft quyularının üzərində seysmoakustik telemetrik stansiya quraşdırılıb. Bu stansiya zəlzələləri 15-20 saat əvvəlcədən monitorinq etməyə imkan verəcək. Hazırda sözügedən stansiyalar Bakının Qum adasında, Siyəzən, Naftalan, Neftçala və Şirvanda fəaliyyət göstərir. Gələcəkdə Naxçıvanda da belə bir stansiyanın quraşdırılması nəzərdə tutulur. T. Əliyev bildirib ki, belə stansiyaların sayının artırılması planlaşdırılır: “Ola bilsin ki, gələcəkdə daha bir neçə stansiyanın da quraşdırılmasına ehtiyac olsun. Hazırda mövcud olan 5 stansiyaya baxış üçün dünyanın müxtəlif ölkələrindən 17 seysmoloq dəvət etmişik. Bunların köməkliyi ilə yaxın bir neçə ay ərzində zəlzələlərin koordinatlarını da daha dəqiq demək mümkün olacaq”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR