Azərbaycanın Dövlət Qulluğu Məsələləri üzrə Komissiyası və Türkiyə Dövlət Kadrlar İdarəsi arasında əməkdaşlıq üzrə fəaliyyət planı imzalanıb - FOTO
12 sentyabr 2012 10:48 (UTC +04:00)
Bakı-APA. Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın sədri Bəhram Xəlilov Türkiyənin Dövlət Kadrlar İdarəsinin yeni başqanı Mehmet Ali Kumbuzoğlu ilə görüşüb. Komissiyanın mətbuat xidmətindən APA-ya verilən məlumata görə, görüş zamanı Mehmet Ali Kumbuzoğlu və Bəhram Xəlilov dövlət qulluğu sahəsində Türkiyə və Azərbaycanda aparılan siyasət barədə fikir mübadiləsi aparılıb və iki qardaş ölkə arasında bütün sahələrdə olduğu kimi dövlət qulluğu sahəsində də əməkdaşlığın yüksək səviyyədə olduğu bildirilib. Daha sonra, “Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya və Türkiyə Respublikasının Dövlət Kadrlar İdarəsi arasında 2012-2013-cü illər üçün əməkdaşlıq üzrə Fəaliyyət Planı” imzalanıb. Sənədi Türkiyə tərəfindən Dövlət Kadrlar İdarəsinin rəhbəri Mehmet Ali Kumbuzoğlu, Azərbaycan tərəfindən isə Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın sədri Bəhram Xəlilov imzalayıb. Sənədin imzalanmasından sonra Bəhram Xəlilov Türkiyə Respublikasının Çalışma və Sosial Güvənlik nazirinin müavini Halil Etyemez ilə görüşüb, hər iki ölkənin dövlət qulluğu sahəsində görülmüş işlər barədə müzakirələr aparılıb. Görüşdə Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya ilə Türkiyə Respublikasının Dövlət Kadrlar İdarəsi arasında imzalanmış 2012-2013-cü illər üçün əməkdaşlıq üzrə Fəaliyyət Planı barədə geniş məlumat verilib.
Sosial
Gəncədə Ulu Öndərin anadan olmasının 101-ci ildönümünə həsr olunmuş Respublika Voleybol Turniri keçirilib
18:05
9 may 2024
DİN-in əməkdaşları Ulu Öndərin anadan olmasının 101-ci ildönümü ilə əlaqədar ağacəkmə aksiyası keçirib
10:59
9 may 2024
İkinci Dünya müharibəsi ilə bağlı Sərəncamda nəzərdə tutulan birdəfəlik maddi yardım ödənilib
10:04
9 may 2024
Beynəlxalq İşəgötürənlər Təşkilatı ilə gələcək əməkdaşlığa dair fikir mübadiləsi aparılıb
18:30
8 may 2024