Abel Məhərrəmov: “Türkiyənin pulsuz ali təhsil təcrübəsi Azərbaycanda da tətbiq edilə bilər”
12 sentyabr 2012 11:16 (UTC +04:00)
APA-nın xəbərinə görə, bunu Bakı Dövlət Universitetinin rektoru, Milli Məclisin Elm və Təhsil Komitəsinin üzvü Abel Məhərrəmov ali təhsil sistemində ödənişin ləğv olunması fikrinə münasibət bildirərkən deyib. Onun sözlərinə görə, dövlətin siyasəti gənclərin sosial məsələlərinin həll edilməsinə, tələbələrin təhsil haqlarından tədricən azad edilməsinə yönəlib: “Bundan əlavə, Türkiyədə olduğu kimi, Azərbaycanda da tələbələr təhsil haqlarından tam azad edə bilərlər. Bizim dövlətdə bu düşüncə var. Yəni, əhalinin sosial vəziyyətinin yaxşılaşdırılması istiqamətində əməli addımlar atılır. Belə bir addımın da gələcəkdə atılması gözləniləndir”.
A. Məhərrəmov “beyin axını” məsələsinə də münasibət bildirib. O qeyd edib ki, “beyin axını”nın səviyyəsi müstəqilliyin ilk illərində çox dinamik artıb: “Amma son 10 ildə xaricə gedənlərin hamısı geri qayıtmaqla bağlı bizı müraciət edirlər. Bundan əlavə, “beyin axını”nın əksinə əks-beyin axını da mövcuddur. Nəinki özümüzkülər, hətta Avropa, Rusiya, ümumilikdə Avroatlantika məkanından Bakı Dövlət Universitetinə işləməyə gələnlər var. Artıq Azərbaycana nəinki öz nümayəndələrimiz qayıdır, eyni zamanda, xarici ölkələrdən Azərbaycana gələn alimlərin sayı artır”.

Sosial
Lerikdə dağ uçqunu olub, bir kəndin yolu bağlanıb - FOTO - YENİLƏNİB
20:07
17 may 2024
FHN-in nümayəndələri INSARAG tədbirlərində iştirak ediblər
18:26
17 may 2024
Azərbaycanda hamiləlik, doğuş və zahılıq dövründə ölən anaların sayı açıqlanıb
18:16
17 may 2024
Buraxılış imtahanında iştirak edən 6 nəfərin nəticəsi ləğv edilib, 16 nəfər ən yüksək nəticəni göstərib
17:03
17 may 2024