Bank Of Baku

Bakıda “Kibernetika və informatika problemləri” mövzusunda beynəlxalq konfrans keçirilir - FOTOSESSİYA

Bakıda “Kibernetika və informatika problemləri” mövzusunda beynəlxalq konfrans keçirilir - <font color=red>FOTOSESSİYA</font>
# 12 sentyabr 2012 12:08 (UTC +04:00)
Bakı. Kəmalə Quliyeva – APA. Bakı şəhərində “Kibernetika və informatika problemləri” mövzusunda IV Beynəlxalq Konfrans keçirilir. APA-nın xəbərinə görə, Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi, Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) və Təhsil Nazirliyinin təşkilatçılığı ilə keçirilən tədbirdə ABŞ, Almaniya, İtaliya, Türkiyə, Rusiya və digər ölkələrdən nüfuzlu alimlər iştirak edir.

Tədbirdə çıxış edən AMEA-nın prezidenti Mahmud Kərimov bildirib ki, 3 gün davam edəcək elmi toplantıda informasiya-kommunikasiya texnologiyaları, intellektual texnologiyalar və sistemlər, seysmik cihazlar, sistemlər və texnologiyalar, idarəetmə və optimallaşdırma, modelləşədirmə mövzusunda müzakirələr aparılacaq. M. Kərimov bildirib ki, bu gün Azərbaycanda informasiya texnologiyalarına cavab verə bilən müasir gənclik formalaşıb: “Hazırda ölkənin qarşısında duran əsas məsələlərdən biri də təbii resursları intellektual potensiala çevirməkdir. Bu istiqamətdə də mühüm işlər görülür. Hazırda ölkədə müasirləşmə siyasəti aparılır, elmi-texniki tərəqqi ilə bağlı addımlar atılır, Azərbaycanda kosmik sənayenin yaradılması prosesi gedir. Bu, dövlət siyasətidir. İKT-nin inkişafı isə ilk növbədə intellektual potensialın güclənməsinə, ölkədə gedən müasirləşmə prosesinə dəstək verməyə yönəlib”.

Rabitə və informasiya texnologiyaları nazirinin müavini Elmir Vəlizadə İKT-nin ölkə üçün prioritet əhəmiyyət daşıdığını deyib. Onun sözlərinə görə, bu gün Azərbaycan regionun İKT mərkəzinə çevrilib və bunun əyani təzahürünü nüfuzlu beynəlxalq təşkilatların hesabatlarında görmək olar. E. Vəlizadə qeyd edib ki, Azərbaycana yeni texnologiyaların gətirilməsi nəzərdə tutulub: “Söhbət kosmik texnologiyalardan gedir.
Artıq 2012-ci ildə Azərbaycan öz milli süni peykini orbitə çıxaracaq. Bu da öz növbəsində ölkənin İKT sahəsinə əlavə təkan verəcək, o cümlədən televiziya, internet, məlumatların ötürülməsinə müsbət təsir göstərəcək. Bununla da, Azərbaycan kosmik bazara daxil olub regionda müvafiq xidmətləri göstərə biləcək”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR