Bank Of Baku

Azərbaycan paytaxtının hansı ərazilərində zəlzələ təhlükəsinin çox olduğu açıqlanıb

Azərbaycan paytaxtının hansı ərazilərində zəlzələ təhlükəsinin çox olduğu açıqlanıb
# 12 sentyabr 2012 13:17 (UTC +04:00)
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Geologiya İnstitutunun Seysmologiya və geodinamika şöbəsinin aparıcı seysmoloqu Qulam Babayev APA-ya açıqlamasında bildirib ki, Azərbaycan Prezidenti yanında Elmin İnkişafı Fondunun dəstəyi ilə Seysmologiya və geodinamika şöbəsi bir ilə yaxındır ki, Bakının mikroseysmik rayonlaşdırılmasını aparır: “Artıq müəyyən nailiyyətlərə nail olunub. Hər bir qruntun amplitudasının və tezliklərinin öyrənilməsi nəticəsində Bakı şəhərinin seysmik mikrorayonlaşdırması aparılır. Biz çalışırıq ki, Bakı ərazisində qruntun amplituda, tezlik xüsusiyyətlərini öyrənək, nəticədə hansı qruntun zəlzələyə daha davamlı olduğunu deyək. Bu nəticələr müvafiq dövlət qurumlarına təqdim olunacaq”.

Q. Babayev deyib ki, artıq layihənin ilkin nəticələri var: “İlkin nəticələrə əsasən, Bakının şimal və şimal-qərb hissəsində - Binəqədi istiqamətində qruntlar daha çox amplituda artmasına malikdir. Bu, o deməkdir ki, zəlzələ zamanı həmin qruntlar titrəyişləri daha da artırır. Yəni seysmik dalğa o qruntlarda batmır, daha da yüksək olur”.

Q. Babayevin sözlərinə görə, Xəzəryanı tərəfdə qruntların tərkibi stabil olmadığından təhlükə var: “İlkin nəticələrə əsasən, Bakının təhlükə daha az olan əraziləri şərq hissəsidir – Əmircan, Əhmədli, Həzi Aslanov istiqaməti. Şəhərin mərkəzində olan qruntlar, sahilyanı qruntlar daha təhlükəlidir. Tədqiqatlar davam edir. Ona görə də bu ölçülər dəyişə bilər”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR