Bank Of Baku

Həştərxanda Azərbaycan və Rusiya Dostluq Körpüsünün təntənəli açılışı olub

Həştərxanda Azərbaycan və Rusiya Dostluq Körpüsünün təntənəli açılışı olub
# 12 sentyabr 2012 13:58 (UTC +04:00)
APA-nın “AzərTac” dövlət agentliyinə istinadən verdiyi məlumata görə, açılış mərasimində Heydər Əliyev Fondunun vitse-prezidenti, Rusiyanın Azərbaycanlı Gənclər Təşkilatının (RAGT) sədri Leyla Əliyeva da iştirak edib.

Əvvəlcə tədbir iştirakçıları Heydər Əliyevin Həştərxanın mərkəzindəki abidəsini ziyarət edərək önünə güllər qoyublar.

Körpünün inşası barədə qərar 2010-cu ildə Azərbaycan Prezidenti İlham Əliyevin Həştərxana səfəri zamanı qəbul edilib, iki ölkə arasında mehriban dostluq münasibətlərinin rəmzinə çevrilən körpünün tikintisi Heydər Əliyev Fondunun dəstəyi ilə gerçəkləşdirilib.

Körpünün uzunluğu 50 metr, eni isə 6 metrdir.

Sonra tədbir iştirakçıları Heydər Əliyev parkında yaradılmış “Arzu” uşaq əyləncə şəhərciyinin açılışında iştirak ediblər. Heydər Əliyev Fondunun dəstəyi ilə tikilən şəhərciyin ümumi sahəsi təxminən 1200 kvadratmetrdir. Hazırda parkın ərazisində uşaq kafesinin tikintisi davam etdirilir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR