Bank Of Baku

QHT sektorunun inkişafı üzrə Milli Fəaliyyət Proqramı hazırlanır

QHT sektorunun inkişafı üzrə Milli Fəaliyyət Proqramı hazırlanır
# 12 sentyabr 2012 15:22 (UTC +04:00)
Bakı – APA. Azərbaycan prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasında hazırlanan “QHT sektorunun inkişafı üzrə Milli Fəaliyyət Proqramı”nın layihəsi tanınmış QHT mütəxəssislərindən ibarət işçi qrup tərəfindən müzakirə edilib. Şuradan APA-ya verilən məlumata görə, qurumun sədri Azay Quliyev bildirib ki, 25 may 2012-ci ildə yaradılan işçi qrup proqramın əsas layihə müddəalarını hazırlayaraq qrup üzvləri arasında yayıb. A. Quliyev deyib ki, proqram layihəsi ölkənin QHT sektorunun bütün mənzərəsini tam əks etdirir və onun növbəti mərhələdə ayrı-ayrı sahələr üzrə işlənərək təkmilləşdirilməsi üçün işçi qrup üzvləri arasında konkret iş bölgüsünün aparılması vacibdir.

Proqramın ilk variantının 30 sentyabr 2012-ci ildə müzakirəyə təqdim olunması qərara alınıb. Sənəd üzərində iş yekunlaşdıqdan sonra onun ictimai müzakirələrinin keçirilməsi də nəzərdə tutulur.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR