Bank Of Baku

Gədəbəydə 4 min il yaşı olan maddi mədəniyyət nümunələri aşkar olunub

Gədəbəydə 4 min il yaşı olan maddi mədəniyyət nümunələri aşkar olunub
# 12 sentyabr 2012 15:23 (UTC +04:00)
Bakı. Kəmalə Quliyeva – APA. Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Arxeologiya və Etnoqrafiya İnstitutunun ekspedisiyası tərəfindən Gədəbəyin Cəfərli kəndinin yaxınlığındakı Leşkər qalasında arxeoloji tədqiqatlar zamanı son tunc və erkən dəmir dövrünə aid arxeoloji maddi mədəniyyət nümunələri aşkar edilib. AMEA-nın mətbuat xidmətindən APA-ya verilən xəbərə görə, Xocalı-Gədəbəy mədəniyyətinin ən qiymətli abidələrinə aid olan siklopik tikililərin 3.500 - 4 min il yaşı olduğu bildirilir. Arxeoloji qazıntılar nəticəsində tapılan divar qalıqları, məişət nümunələri o dövrdə ərazidə sənətkarlığın, xüsusən dulusçuluq və toxuculuğun inkişaf etdiyini sübuta yetirir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR